Ruhani nüvə proqramına dəstəyə görə Rusiyaya və Çinə minnətdarlıq edib
Posted on : iran 06/10/2018
İran prezidenti Həsən Ruhani İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planına hərtərəfli dəstəyə görə ÇİN və Rusiyaya təşəkkürünü bildirib.
FaktXəbər-in o, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları şurasının geniş tərkibdə iclasında deyib.
"BFP-yə dəstəyə görə, Rusiya və Çinə təşəkkür etmək istərdim, sizin göstərdiyiniz səyləri alqışlayıram", - deyə Ruhani bildirib.
İran prezidenti əlavə edib ki, ABŞ-ın digər dövlətlərin siyasətinə tətbiq etmək üçün atdığı addımlar hər kəs üçün təhlükədir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, ABŞ-ın nüvə proqramından çıxması qərarı sabitliyə zərər vura bilər.