header

 DÜNYA MALI – İMTAHAN SƏHNƏSİNDƏ İMTAHAN VƏRƏQİ

Əsas məsələ bu vərəqin necəliyi yox,bu vərəqdəki ...

Şübhəsiz, dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların və Allah dostlarının da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Misal üçün, həzrət Süleymana (ə) o qədər nemət bəxş edilmişdi ki, hətta cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında idi.

Demək, varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də, axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrət Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlət buna bir misaldır.

Allah-Taala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. “Qəsəs” surəsinin 76-cı ayəsində buyurulur:

إِنَّ قَارُونَ كَانَ مِن قَوْمِ مُوسَى فَبَغَى عَلَيْهِمْ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ

“Həqiqətən Qarun Musa qövmündən idiOİsrail oğullarına qarşı həddini aşmışdıBiz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik.Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!”

Həmin surənin 79-82-ci ayələrində oxuyuruq:

فَخَرَجَ عَلَى قَوْمِهِ فِي زِينَتِهِ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ. وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ. فَخَسَفْنَا بِهِ وَبِدَارِهِ الْأَرْضَ فَمَا كَانَ لَهُ مِن فِئَةٍ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مِنَ المُنتَصِرِينَ. وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَوْلَا أَن مَّنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

(Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir! Elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbir edənlər qovuşarlar! Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”

Allah-Taala bu və bu kimi hadisələri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır.

Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək ən üstün işdir. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verməkdir. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 4-cü dərs, səh.56-58.)

(Maide.Az)

Əsas məsələ bu vərəqin necəliyi yox,bu vərəqdəki ...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap