header

 Seyid Həsən Nəsrullah: İslam Dünyası Qüdsə yardım etsin

Livan Hizbullahının baş katibi cümə günü beynəlxalq Qüds Günündə Livanın cənubunda minlərlə nəfər qarşısında deyib: Düşmənin ən təhlükəli fitnəsi ABŞ-ın "Əsrin Anlaşması" planıdır. Bu planın əsas məqsədi Qüds və İslam müqəddəslərini işğalçı sionist rejimə təslim etməklə Fələstin məsələsini birdəfəlik olaraq bağlamaqdır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah Livanın işğal altında olan Fələstin ilə sərhədlərindən iki kilometr aralıda yerləşən Marun Ər-Rəs kəndində video-konfrans vasitəsilə etdiyi çıxında deyib: Fələstin xalqı, müqavimət qrupları və Fələstin özünüidarə hökuməti "Əsrin Anlaşması" ilə razılaşmağa məcbur edilirlər. Amma, 70 il ötməsinə baxmayaraq, Fələstin xalqının müqaviməti gənc və dinamikdir. 

Livan Hizbullahının baş katibi əlavə edib: Bu gün Qüds üç əsas problem ilə üz-üzədir. birincisi dünya ölkələrinin işğalçı sionist rejimi rəsmən tanıması və ABŞ qarşısında təslim olmasıdır. İkinci problem Qüdsdə əhalinin tərkib məsələsidir ki, bu müqəddəs şəhərinin əhalisinin tərkibi dəyişdirilir. Üçüncüsü də Qüds şəhərindəki müqəddəs məkanlardır. Xüsusilə də Əl-Əqsa məscidi və bu müqəddəs məscidin ərazisi. 

Seyid Həsən Nəsrullah əlavə edib: Fələstin xalqının müqaviməti "Əsrin Anlaşması"nı uğursuzluğa uğratmaqda başlıca dayaq nöqtəsi sayılır. Hətta, bir çox ərəb və islami qruplar da Fələstin xalqı ilə öz həmrəyliyini elan edib. 

Livan Hizbullahının baş katibi həmçinin deyib: Düşmənlər növbəti və gələcək nəsillərin Fələstini unudacaqlarına ümidvardırlar. Bu gün nəsillərin savaşı baş verməkdədir. Amma, Qəzzədə on minlərlə insanın sionist düşmən qarşısında dayandığını və qorxmadıqlarını müşahidə edirik. Bu, şücaət, igidlik və haqqa olan imanın nişanəsidir. 

Livan Hizbullahının baş katibi cümə günü beynəlxalq Qüds Günündə Livanın cənubunda minlərlə nəfər qarşısında deyib: Düşmənin ən təhlükəli fitnəsi ABŞ-ın "Əsrin Anlaşması" planıdır. Bu planın əsas məqsədi Qüds və İslam müqəddəslərini işğalçı sionist rejimə təslim etməklə Fələstin məsələsini birdəfəlik olaraq bağlamaqdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap