header

 Çikaqoda Fələstinə dəstək yürüşü - FOTOVİDEO

Çox yaşa Fələstin

İşğalçı İsrail rejiminin Fələstinin işğal olunmuş əraziləri ilə Qəzza sərhəddində  “Böyük Qayıdış yürüşü”ndə qətliam olunan fələstinlilərə, jurnalist və tibb işçilərinə qarşı  hücumlara etiraz etmək məqsədilə ABŞ-ın  Çikaqo şəhərində “Fələstin yürüşü” keçirilib. 
 
 Maide.Az “AA”a istinadən xəbər verir ki,  işğalçı rejimin baş konsulluğu qarşısına  toplaşan təxminən 300 nəfər İsrail rejim əleyhinə şüarlar səsləndirib. 
 
Əllərində Fələstin bayraqları, işğalçı rejim əsgərlərinin şəhid etdiyi  Rəzza ən-Nəccarın, digər şəhidlərin şəkillərini və  üzərində  “İsrailə baykot”, “Fələstin azad olmalı, işğal günahdır”, “Qüds Fələstinin paytaxtı” kimi şüarlar yazılmış plakartlar tutan etirazçılar İsrail rejimini  “uşaq qatili” adlandırıb. 
 
Onlar  “Fələstinə azadlıq”,  “Qatil  İsrail”, “Çox yaşa Fələstin” kimi şüarlar səsləndiriblər. 
 
Fərqli mədəniyyət, coğrafiya və qrupların nümayəndələrinin təmsil olunduğu  etiraz aksiyasına  “Neturei Karta” adlı sionizm əleyhdarı  Ortodoks Yəhudi  icmasının üzvləri də qatılıb. 

Çox yaşa Fələstin
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap