header

 Azərbaycan R. Ziyalılar Hərəkatının sədri Ümumdünya Qüds gününün geniş şəkildə keçirilməsi vacibliyini vurğulayıb

Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Ümumdünya Qüds gününün geniş şəkildə keçirilməsi vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev Ümumdünya Qüds günü yürüşünün keçirilməsinin önəminə toxunaraq, deyib ki, yalnız müsəlmanların birliyi sionist rejimin vəhşiliyi və cinayətlərinə son qoya bilər.

Eldəniz Quliyev əlavə edib:  İmam Xomeyni(r.ə.) müsəlmanları birliyə çağırmışdı və o zaman sionist rejim İmam(r.ə)-in bu bu çağırışından vahiməyə düşdü.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli də bildirib ki, Ümumdünya Qüds günündə sionist rejim ilə Amerikanın Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək.

Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıbdır ki, bütün dünya müsəlmanları sionist rejimin irqçilik siyasətlərinə qarşı öz hiddətlərini bildirmiş olsunlar.

Ümumdünya Qüds günü yürüşü bu il iyunun səkkizində, başqa sözlə, 1439-cu hicri qəməri ili ramazan ayının 23-də İranla yanaşı digər ölkələrdə də keçiriləcəkdir.

Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Ümumdünya Qüds gününün geniş şəkildə keçirilməsi vacibliyini vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap