İran Atom Enerjisi Qurumunun sədri: Başladığımız fəaliyyətlər nüvə razılaşmasına zidd deyil
Posted on : iran 06/07/2018
İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi qurumun başladığı fəaliyyətlərin nüvə razılaşmasına zidd olmadığını açıqlayıb.
İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi qurumun başladığı fəaliyyətlərin nüvə razılaşmasına zidd olmadığını açıqlayıb.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin dünənki təlimatının ardınca mətbuat konfransı keçirən Salehi Ayətullah Xamenei dünən nüvə müqaviləsi çərçivəsində olan bəzi fəaliyyətləri başlama və sürətləndirmə göstərişi verdiyini, İranın bu baxımdan heç vaxt itkisi olmadığını bildirib.
Salehi Prezident Ruhaninin quruma göndərdiyi təlimatda da üç başlıq yer aldığını, bunların UF6 və UF4 istehsalı və yeni sentrifuqa montaj mərkəzilə bağlı olduğunu qeyd edib.
Salehi həmçinin 190 min sentrifuqa gücünə çatma hazırlığının başladığını və yaxın günlərdə yekunlaşacağını, amma bu vəziyyətin sentrifuqa montajının başlayacağı mənasına gəlmədiyini ifadə edib.