header

 İranda Qədr gecəsində terror törətmək istəyən qruplaşma məhv edildi

Onlardan müəyyən miqdarda partlayıcı maddələr aşkar edilib, götürülüb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasında Qədr gecələrində terror aktları törətmək istəyən qruplaşma üzvləri məhv edilib. 

Cənubi Xorasan vilayətinin polis rəisinin ictimai məsələlər üzrə müavini Mohəmməd Reza Sərfərazi dünən Fars xəbər agentliyi ilə müsahibəsində bildirib ki, 3 nəfərlik terror qruplaşması Qədr gecələrində terror aktı törətmək üçün hazırlıq edirlərmiş.

"Bu terror qruplaşmasının üzvləri məmurların infromasiya məlumatına malik olmaları və xüsusi təyinatlıların səyləri ilə öz nəhs hədəflərinə çatmaq üzrə hər cür təxribatçılıq əməliyyatı keçirməzdən öncə həbs ediliblər.", -deyə Sərfərazi əlavə edib.

Cənubi Xorasan vilayətinin polis rəisinin ictimai məsələlər üzrə müavini deyib ki, bu əməliyyatda müəyən miqdarda partlayıcı maddə aşkar edilib.

Onlardan müəyyən miqdarda partlayıcı maddələr aşkar edilib, götürülüb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap