header

 İslamçı məhbuslarının Müdafiə Komitəsi və Azərbaycan Ziyalılar Birliyinin Qüds Günü ilə bağlı bəyanat verib

Biz, işğal altında olan Qüdsə - Beytül Müqəddəsə və əzəli yurdumuz, doğma Qarabağımıza AZADLIQ tələb edirik!

 
Zalımların qarşısından çəkinməmək, məzlumlara dayaq olmaq və bu yolda VƏHDƏTƏ gəlmək – bu, “Qüds günü”nün ali tələbidir.
 
Beynəlxalq “Qüds günü” bir simvol olaraq, bəşəri dəyərlərin təntənəsini, sülhü,əminamanlığı,insanların, dövlətlərin təkamül yolunu seçməsini və buna heç bir alternativ olmadığını ehtiva edir.
 
Beynəlxalq “Qüds günü” habelə, təcavüzə, aqressiv işğalçılıq siyasətinə qarşı mücadilə günüdür. Mütərəqqi düşüncəli hər bir insan bu bu taleyüklü mübarizədə iştirak etməyə borcludur. Biz, bu gün Qüds və Qarabağın taleyindəki oxşar paralellər haqda düşünərkən, eləcə də təcavüz və qəsbkarlığın səbəblərini arayarkən cəmi müsəlman ümmətinin başı üzərində hansı real təhlükələrin olduğunun fərqinə varmalıyıq. Bu gün bir çox islam ölkələrində hələ də günahsız və məsum insanların qanı axıdılır...
 
 
Bu gün qəsbkarlıq və müstəmləkəçilik, irqçilik və xudpəsəndlik xəstəliyinə yoluxmuş üzdəniraq islamafob dövlətlər İslam dinini, İslam Dövlətlərini hədəf seçiblər. İsrail rejiminin Fələstində, Ermənistanın Azərbaycanda, ABŞ-ın Suriya, Əfqanıstan və İraqda, Rusiyanın MDB məkanında çıxardığı “oyunlar” xarici siyasət anlayışına parodiyadır –dəhşətli və qanlı parodiya!
 
 
Bu gün Beytül-Müqəddəs əsarətdədir! Bu gün Qarabağımız işğal altındadır! Bu gün Fələstinin Qəzza bölgəsinə bomba yağışı yağdırılır - günahsız insanların qanı su yerinə axıdılır! Bu gün Suriya can verir. Bu gün İran ədalətsiz sanksiyalarla sındırılmağa cəhd edilir... Bütün bunlara rəğmən, biz inanırıq və əminik ki, tərəqqipərvər insan şüuru, son nəticədə, qlobal ixtilaflar əvəzinə, bəşəriyyətə işıq və günəş toxumu səpməyin zərurətini dərk edəcək.. Və az müddət ərzində bu günəş və işıq toxumlarından sülh, əminamanlıq, insana sevgi, insaniyyət,əxlaqi və mənəvi dəyərlər cücərəcək.
 
 
Və məhz elə buna görə də, bu gün biz, hər bir vətəndaşımızı zorakı və irqçi siyasət yürüdən riyakar dövlətlərin mənəvi-psixoloji və hərbi deqradasiya uçrumuna yuvarlanmasına öz etirazını açıq şəkildə bəyan etməsinə çağırırıq.
 
Eldəniz Quliyev: Azərbaycan Ziyalılar Birliyi və İslam məhbusları Müdafiə Mərkəzinin sədri.
Biz, işğal altında olan Qüdsə - Beytül Müqəddəsə və əzəli yurdumuz, doğma Qarabağımıza AZADLIQ tələb edirik!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap