header

 Azərbaycanlı milyarder İslam dininə sədaqətini sübut etdi

Əslən azərbaycanlı olan milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovanın onun müsəlman olmaması ilə bağlı ittihamlarına cavab verib.

FaktXəbər bildirir ki, bu barədə "RBK" məlumat yayıb.
 
"O, çox gözəl bilir ki, mən inanclı müsəlmanam. Onun ittihamı həm təhqir, həm də yalandır. Biz uzun illər ayrı yaşamışıq, ona görə mənim inamım haqda mülahizələr məkri ortaya qoyur və külli miqdarda pul qoparmağa hesablanıb",-deyə azərbaycanlı milyader keçmiş arvadının ittihamına cavab verərkən vurğulayıb.

Fərhad Əhmədov daha sonra deyib ki, keçmiş arvadı onun dini baxışları ilə heç vaxt maraqlanmayıb, İslam dinini isə "ekstremist və terrorçu" kimi qəbul edirdi.

Qeyd edək ki, Tatyana Əhmədova "The New York Times" qəzetinə müsahibəsində ərinin müsəlman olmasını sual altına qoyub və şəriət məhkəməsinə müraciət edəcəyini söyləyib.

Xatırladaq ki, "Forbes" jurnalının tərtib etdiyi "Rusiyada 200 ən varlı biznesmen" reytinqində Fərhad Əhmədov 1,4 milyard dollar sərvətlə 69-cu pillədə göstərilib.

Əslən azərbaycanlı olan milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovanın onun müsəlman olmaması ilə bağlı ittihamlarına cavab verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap