header

 ABŞ "G7" qrupunda təcrid olunub

"G7" qrupunda ABŞ-ın şəriki olan 6 ölkə birgə bəyanat yayaraq, Vaşinqtonun birtərəfli ticarət qərarlarından nigaranlıq edərək, ABŞ-ın bu hərəkəti qarşısında ciddi addımların atılmasını istəyiblər.

İRNA-nın verdiyi məlumata görə, G7 qrupuna üzv ölkələrin iqtisadiyyat nazirlərinin Kanadada baş tutan iclasının sonunda Almaniya, Britaniya, İtaliya, Yaponiya, Fransa və Kanadanın iqtisadiyyat nazirləri birgə bəyanat yayaraq, ABŞ-ın ticarət siyasətlərindən məyusluq ifadə edərək, ABŞ-ın iqtisadiyyat naziri Stiven Mnuçindən onların narahatlıqlarını prezident Donald Trampa çatdırmalarını istəyiblər. 

Bu bəyanat ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumları təyin etməsi qarşısında "qətiyyətli addım"ın atılmasını zəruri adlandırıb. 

Bu 6 ölkənin iqtisadiyyat nazirləri Mnuçindən gələn həftə baş tutacaq G7 qrupunun sammit iclasında bu xüsusda danışıqların davam etdirilməsini istəyiblər. 

G7 ölkələrinin iqtisadiyyat nazirlərinin Kanada iclası ABŞ prezidenti Donald Trampın polad və alüminium üçün gömrük taariflərini artırmasından bir neçə gün sonra keçirilib. 

"G7" qrupunda ABŞ-ın şəriki olan 6 ölkə birgə bəyanat yayaraq, Vaşinqtonun birtərəfli ticarət qərarlarından nigaranlıq edərək, ABŞ-ın bu hərəkəti qarşısında ciddi addımların atılmasını istəyiblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap