header

 Zərif: Fələstinli tibb bacısının qətlə yetirilməsi İsrail üçün əlavə rüsvayçılıqdır

İran İslam Respublikasının xarici işlər naziri Qəzzə zolağında fələstinli tibb bacısının qətlə yetirilməsini İsrail rejiminin rüsvayçılıqlarına əlavə olunan növbəti rüsvayçılıq adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Tvitterdə paylaşdığı yazıda Fələstin xalqının İsrail rejimi tərəfindən qırğın edilməsini qınayan qətnamə layihəsinin BMT-nin Təhlükəsizlik Şurasında veto edilməsinə işarə edərək, yazıb: İsrail rejiminin iranlılar üçün axmaq mesajlar verdiyi və Amerikalı himayədarlarının sivil aksiya iştirakçılarına qarşı öldürücü gücdən istifadə etməsini qınayan qətnaməni veto etdiyi həftədə bu rejimin snayperi yaralılara yardım etmək istəyən tibb baısını şəhid edir. Bu rüsvayçılıq üzərinə rüsvayçılıq deməkdir. 

Fələstinli tibb bacısı Razan Nəccar cümə günü "Qayıdış Haqqı" yürüşlərində yaralılara kömək etmək istəyərkən İsrail snayperi tərəfindən vurularaq, şəhid edilib. 

Cümə günü Küveyt tərəfindən hazırlanan və İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinin araşdırılmasını tələb edən qətnamə layihəsi Təhlükəsizlik Şurasında ABŞ tərəfindən veto edilib. 

İsrail rejimi ABŞ-ın dəstəyi və himayəsi altında Fələstin xalqına qarşı qırğınlarını daha da artırıb və Qəzzə zolağı günlərdir ki, soyqırımının şahididir. 

İran İslam Respublikasının xarici işlər naziri Qəzzə zolağında fələstinli tibb bacısının qətlə yetirilməsini İsrail rejiminin rüsvayçılıqlarına əlavə olunan növbəti rüsvayçılıq adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap