header

 Mövlud Çavuşoğlu: Avropalıların Türkiyə ilə rəftarı ikiüzlülüyə əsaslanır

Türkiyənin xarici işlər naziri: Avropa ölkələrinin Türkiyə xalqı və dövləti ilə bağlı dəyərləndirmələri doğru deyil və onların Türkiyə qarşısındakı rəftarları ikiüzlülüyə əsaslanır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Almaniyanın Döyçe Vole kanalına verdiyi müsahibədə deyib: Avropa dövlətləri demokratiya ilə bağlı özlərinəməxsus baxışa malikdirlər. Onların formuluna əsasən Türkiyənin dediyi hər şey yanlışdır, amma, onların dediyi hər şey doğrudur. 

Çavuşoğlu əlavə edib: Avropa rəsmiləri öz ölkələri və xalqlarını birinci dərəcəli hesab edirlər. Bunun müqabilində Türkiyəni ikinci dərəcəli hesab edir və bunu birbaşa söyləməyə də ehtiyac duymurlar. Amma, onların ikiüzlü və riyakar rəftarlarından bunu başa düşmək olar. 

Türkiyənin xarici işlər naziri həmçinin Avropalılara xitabən deyib: Siz Türkiyədə baş verənləri dərk edəcək iradəyə malik deyilsiniz. Siz dövlət çevrilişinə cəhd göstərən FETÖ-nü dəstəkləyirsiniz. Dövlət çevrilişinə cəhd edənləri siyasi və hüquqi baxımdan himayə edərək, onlara sığınacaq verirsiniz. 

Türkiyənin xarici işlər naziri: Avropa ölkələrinin Türkiyə xalqı və dövləti ilə bağlı dəyərləndirmələri doğru deyil və onların Türkiyə qarşısındakı rəftarları ikiüzlülüyə əsaslanır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap