header

 İranın Suriyada hərbi bazası yoxdur - Suriya XİN

Suriya xarici işlər naziri şənbə günü söyləyib ki, İranın hərbi müşavirləri Suriya qoşunlarına məsləhət verir

İslamazeri.com xəbər verir ki, Suriya xarici işlər naziri şənbə günü söyləyib ki, İranın hərbi müşavirləri Suriya qoşunlarına məsləhət verir, amma Tehranın ölkədə nə döyüş qüvvələri nə də hərbi bazası var.

Valid Muallemin şərhləri İsrailin İranın Suriyada daimi mövcudluğuna qarşı dəfələrlə xəbərdarlıq etməsindən sonra regionda gərginliyin artdığı bir vaxta təsadüf edib. Muallem deyib ki, İsrail rəqibi İrana qarşı təzyiq göstərə bilmək üçün yanlış iddialar irəli sürür. "Voa" bildirir.

May ayında İsrail işgal olunmuş Qolan təpələrindəki mövqelərinə qarşı İranın raket hücumuna cavab olaraq bir sıra hava hücumları həyata keçirib. Bu, indiyədək İsrail ilə İran arasında ən ciddi qarşıdurma olub. İsrailin 10 yaxın ciddi baza və qərargahı vurulub.

Məlumata görə, vurulan hədəflər içində ən önəmlisi İsrail Ordusunun 9900 saylı elektron kəşfiyyat mərkəzinin vurulmasıdır.

Siyahı belədir:

* İsrail Ordusunun 9900 saylı elektron kəşfiyyat mərkəzi

*  Hermon briqdasının ştabı

*  Vertolyot aerodromu

* İki radioelektron mübarizə mərkəzi 

*  Zabitlər evi

* Havadan Müdafiə Sistemi mərkəzlərindən biri

* 810 saylı hərbi hissənin ştabı

*  Müxtəlif kəşfiyyat və dinləmə mərkəzləri

* "Xüsusi qış bazarı"nın qərargahı

İrana aid olduğu iddia olunan hərbi bazalar da vurulmasıyla bağlı xəbər verilib. İddiaya görə, aprelin 9-da Suriyanın mərkəzində T4 hava bazasına İranın İnqilab Keşikçiləri Ordusunun bölümünü hədəf alan hava hücumu edilib.

İran daha öncə dəfələrlə Suriyada sadəcə məsləhətçilərinin olduğunu deyib, amma Livan, İraq, Pakistan və Əfqanıstanda İranın dəstəklədiyi qruplar hökümət qüvvələrinin qiyamçıların nəzarət etdikləri bölgələri geri almalarında büyük rol oynayıb. Bu ərazilərə şimalda yerləşən Hələb şəhəri, şərqi Dair Əl-Zur vilayəti, habelə qərbdə İdlib və Həman əyalətləri daxildir.

Suriya XİN rəhbəri regional və digər qüdrətlər arasında Suriyanın cənub-şərqindəki vəziyyətlə bağlı razılığın əldə olunduğuna dair iddiaları rədd edib.

Cümə günü Rusiyanın BMT-Dəki səfiri Vasili Nebenziya deyib ki, o, Suriyanın cənub-qərbində bəzi fikir ayrılıqları ilə bağlı razılığın əldə olunduğuna dair xəbər aldığını deyib.

Lakin Valid Muallem razılığın əldə olunduğunu rədd edib və Dəməşqin hazırda ərazi ilə bağlı heç bir danışıqlar aparmadığını deyib.

Suriya xarici işlər naziri şənbə günü söyləyib ki, İranın hərbi müşavirləri Suriya qoşunlarına məsləhət verir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap