header

 Sionist tibb komandası gənc vəliəhdin müalicəsinə nəzarət etmək üçün Riyada gəlmişdir

Tashaio.com-

  • Qüdsdə çıxan Fələstin “Əlminar” qəzeti bir məqalədə bildirmişdir ki, Sionist tibb komandası gənc vəliəhd Məhəmməd bin Salmanın müalicəsinə nəzarət etmək üçün Riyada gəlmişdir. Qəzetin bu xəbəri əslində təqribən 40 gün bundan əvvəl Əlxəzamə rayonunda yerləşən vəliəhd sarayında çevriliş cəhdini təsdiqləyir. Aprelin 20-də vəliəhd sarayında intensiv atəş səsləri eşidildi. Əlaqədar video görüntüləri sürətlə yayılmağa başladı. Atışma bir saata kimi davam etdi. Səudiyyənin təhlükəsiz qurumları şahzadə bin Salmana edilən sui-qəsdi gizlətməyə çalışır və hadisəni oyuncaq təyyarınin Əlxəzamə rayonuna girməsi ilə əsaslandırırdı. Lakin yaxın mənbələrdən bəzisi, o cümlədən Müctehid adı ilə tanınan məşhur ifşaçı tuitterdə bildirmişdir ki, o tarixi gecədə baş verən hadisələr şahzadənin sarayında baş verən toqquşmanın nəticəsi idi ki, 7 nəfər öz canını itirmişdir. Bu hadisədən sonra vəliəhd gözlərə görünmədi. Yalnız bəzi məqamlarda və bir aydan sonra virtual məkanda və sosial şəbəkələrdə onun təsvirləri yayımlandı. Bu da onun ölüb yaralanma ehtimalını artırırdı. Nəhayət Əlminar qəzeti Məhəmməd bin Salmanın bədən vəziyyəti haqqında bəzi detallar verdi və vurğuladı ki, o gecə iki mərmi də Səudiyyə şahzadəsinin payına düşmüş və o, qıçından yaralanmışdır. Digər tərəfdən də bəzi proqnozlaşdırmalara görə Ərəbistan kralı Fitir bayramında iqtidarı cavan oğluna, vəliəhdə verməsi və onu öz yerində əyləşdirməyi planlaşdırır. Görəsən Ərəbistan kralı qüdrətdən öz xoşuna əl çəkir yoxsa oğlunun hədəsi ilə bu işi görür? Səudiyyə sarayına yaxın qaynaqlar Qərb mənbələrinə bildirmişlər ki, xəstə kral bir televiziya mesajı ilə qüdrəti öz oğluna verdiyini Fitir günlərində bildirəcəkdir. Onların dediyinə görə bu plan tamamlanmışdır. Əlbəttə Səudiyyənin vəliəhdi hakim sülalə üzvlərinin çoxunun ondan narazı olduğu bir vəziyyətdə xoşagəlməz hadisələrin baş verəcəyindən nigərandır.a
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap