header

 Qeyri-müsəlman qadınlar üçün dünya Ramazan hicab hərəkatına start verildi

Tashaio.com-“Ramazanda 30 günlük hicab hərəkatı qeyri-müsəlman qadınlar vasitəsilə başlanmışdır. Bu işdən məqsəd müsəlmanların vəziyyətini daha yaxşı başa düşmək və dinlərarası həmrəylik yaratmaqdır. Müxtəlif dinlərə tabe olan qeyri-müsəlman qadınlar müsəlman qadınlarla həmrəylik göstərmək, müsəlmanların şəraitini daha yaxşı başa düşmək üçün mübarək Ramazan ayında “Ramazanda 30 günlük hicab hərəkatına” başlamışdır. Onlar Ramazan ayı ərzində hicablı dolanacaqlar. Dünya hicab hərəkatı birinci dəfə Nyu-Yorkda Nəzmə Xatun vasitəsilə başlandı. Ondan məqsəd müsəlman qadınların hicabı seçməyinin dəlilini başa düşməyə çalışmaq idi. Nəzmə Xatunun fikrincə qeyri-müsəlman qadınların bu hərəkata qoşulması mənfi təsəvvürlərin aradan qaldırılmasına mühüm təsir buraxacaqdır. O bu haqda müxbirimizə demişdir: biz 30 günlük Ramazan hicab hərəkatının iştirakçısı olmaqla yanaşı onları müdafiə eləməyimizə fəxr edirik. O, sözlərini davam edərək xatırlatmışdır ki, onlar bu təşəbbüsləri ilə xüsusilə hicabın sui-təfahümə məruz qaldığı Qərb dünyasında effektiv məlumatlandırma işi görürlər. Ümid edirik ki, bu yolla hicablı qadınların dünya səviyyəsində gündəlik məruz qaldıqları haqsızlıqları aradan qaldıraq. Britaniyalı 11 yaşlı qız Qris Liloid anası ilə birlikdə bu hərəkata qoşulan ən gənc qız deyir: sinifdaşları onun müsəlman qadınlarla həmrəylik göstərmə cəhdini alqışlamışlar. Qris deyir: mən əvvəllər çox qorxmuşdum və sinifdaşlarımın necə yanaşacaqlarını bilmirdim. Lakin sinifə girmək həmən hamı mıni alqışladı. Bu çox yaxşı idi. Mənə çoxlu sual verdilər. Əvvəllər hamısna cavab verə bilmirdim. Lakin bütün suallara cavab verməyə çalışdım. O, internetdə hicabının səbəbi haqqında yazmışdır: mən başımı örtdüm ki, önproqnozlara, dinə nifrətə və islamofobiyaya qarşı mübarizə aparım. Bu haqda sarsılmaz və güclü fikrim vardır.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap