header

 Qüds Günü 5300 yerli və xarici jurnalist və fotoqraf tərəfindən işıqlandırılacaq

İran İslam Təbliğatı Şurasının İntifazə və Qüds Mərkəzi qərargahının rəisi deyib: İranda 40-cı Ümumdünya Qüds Günü yürüşü 900-dən çox şəhərdə 5300-dən çox yerli və xarici jurnalist və fotoqraf tərəfindən işıqlandırılacaq.

Fars xəbər agentliyinin məlumatına görə, Ramazan Şərif şənbə günü jurnalistlərlə keçirdiyi brifinqdə deyib: Ümumdünya Qüds Günü yürüşü bu il elə bir halda keçirilir ki, ABŞ, sionist rejim və onların regional müttəfiqlərinin yaratdıqları və sionist rejim üçün bölgədə ən yaxşı təhlükəsizlik qurşağı olan İŞİD və digər terror qruplaşmaları ilə bağlı məkrli plan məğlubiyyətə uğayıb və Fələstin xalqına dəstək istiqamətində yeni şərait yaranıb.

Ramazan Şərif ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə dair qərarına toxunub və bildirib: Birləşmiş Ştatlar bu layihənin icrasında təcridlə üzləşti, hətta onun müttəfiqləri də bunu etmək istəmədilər. Lakin Fələstin məsələsi haqda amerikalıların vasitəçiliyinə nikbin olanlar anladılar ki, amerikalılar sionist rejimin əsas hamilərindəndir.

Mübarək Ramazan ayının son cüməsi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə Ümumdünya Qüds Günü adlandırılıb.

İran İslam Təbliğatı Şurasının İntifazə və Qüds Mərkəzi qərargahının rəisi deyib: İranda 40-cı Ümumdünya Qüds Günü yürüşü 900-dən çox şəhərdə 5300-dən çox yerli və xarici jurnalist və fotoqraf tərəfindən işıqlandırılacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap