header

 Bakıda Əhli-beyt (ə) şairlərinin iştirakı ilə şeir gecəsi keçirilib - FOTO

Müttəqilərin əmiri Həzrət Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə

Bakıda şeir gecəsi keçirilib. 
 
Maide.Az xəbər verir ki, müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Əhli-beyt (ə) şairləri, məddahlar və bir qrup ədəbiyyat və mədəniyyət xadimi iştirak edib. 
 
Mərasimdə şairlər öz mövlaları olan Həzrət Əliyə (ə) olan sevgilərini şeir dili ilə bəyan edib. Həmçinin Əhli-beyt (ə) məddahları Həzrət Əlinin (ə) şənində mədihələr səsləndiriblər. 
 
İran İslam Respublikasının səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirlən mərasimdə çıxış edənlər Həzrət Əlinin (ə) fəzilətlərindən və şairlərin Əhli-beyt (ə) məktəbinin yayılmasındakı rolundan danışıb. 
 
Əhli-beyt (ə) haqqında şeirlər yazan  gənc şairlərin mərasimdə iştirakı  bu mənəvi  tədbirə özünəməxsus ab-hava bəxş edib.
 
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-a keçən gecə müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətləndiyi gecədir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı və Ramazan ayının 21-də şəhid oldu. 
 
 
Müttəqilərin əmiri Həzrət Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap