Bakıda Əhli-beyt (ə) şairlərinin iştirakı ilə şeir gecəsi keçirilib - FOTO
Posted on :
Əqidələr
06/02/2018
Müttəqilərin əmiri Həzrət Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə
Bakıda şeir gecəsi keçirilib.
Maide.Az xəbər verir ki, müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətlənməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Əhli-beyt (ə) şairləri, məddahlar və bir qrup ədəbiyyat və mədəniyyət xadimi iştirak edib.
Mərasimdə şairlər öz mövlaları olan Həzrət Əliyə (ə) olan sevgilərini şeir dili ilə bəyan edib. Həmçinin Əhli-beyt (ə) məddahları Həzrət Əlinin (ə) şənində mədihələr səsləndiriblər.
İran İslam Respublikasının səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirlən mərasimdə çıxış edənlər Həzrət Əlinin (ə) fəzilətlərindən və şairlərin Əhli-beyt (ə) məktəbinin yayılmasındakı rolundan danışıb.
Əhli-beyt (ə) haqqında şeirlər yazan gənc şairlərin mərasimdə iştirakı bu mənəvi tədbirə özünəməxsus ab-hava bəxş edib.
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-a keçən gecə müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətləndiyi gecədir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı və Ramazan ayının 21-də şəhid oldu.