header

 Qasemi: ABŞ hökuməti bəzi ölkələrdəki dini çeşidlilikdən siyasi məqsədlər üçün faydalanmağa çalışır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin söçüsü ABŞ Dövlət Departmantinin dünyada dini azadlıqlar barədə yaydığı son hesabata işarə edərək, deyib: İran İslam Respublikası bu hesabatı əsassız, qərəzli və reallıqları əks etdirməyən, siyasi maraqlar əsasında hazırlanmış bir hesabat hesab edir.

ABŞ Dövlət Departamenti 2017-ci il üçün illik "Dini Azadlıqlar" hesabatında bir daha İrana qarşı əsassız ittihamlarını təkrar edərək, İranı dini azadlıqları pozmaqda ittiham edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib: ABŞ hökuməti bəzi ölkələrdəki dini çeşidlilikdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Buna görə də ABŞ hökuməti ölkələrin daxili vəziyyəti xüsusilə dini və etnik cəmiyyətlərin vəziyyəti ilə bağlı dəqiq və reallığı əks etdirən araşdırma aparmağa belə ehtiyac duymur.

Qasemi  zəngin mədəniyyətə və sivilizasiyaya malik olan İran xalqının min illərdir ki, bütün etnik və dini qruplar ilə dinc yanaşı və qardaşcasına yaşadığını deyərək, əlavə edib: İslam İnqilabının qələbə çalmasından sonrada bütün dinlərin davamçıları konstitusiya əsasında və qanun çərçivəsində öz dini mərasimlərini ölkə səviyyəsində azad şəkildə yerinə yetirirlər və İran İslam Respublikası qanunları bu azadlıqları himayə edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin söçüsü ABŞ Dövlət Departmantinin dünyada dini azadlıqlar barədə yaydığı son hesabata işarə edərək, deyib: İran İslam Respublikası bu hesabatı əsassız, qərəzli və reallıqları əks etdirməyən, siyasi maraqlar əsasında hazırlanmış bir hesabat hesab edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap