header

 İranın Universitet Cihadı Təşkilatının sədri Azərbaycanın səhiyyə naziri ilə görüşüb

İran İslam Respublikası Universitet Cihadı Təşkilatının sədri Bakıya olan 3 günlük səfərinin sonunda Azərbaycanın səhiyyə naziri ilə görüşüb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Universitet Cihadı Təşkilatının sədri Həmidrza Təyyibi Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşdə İranın Universitet Cihadı Təşkilatının potensiallarını şərh edərək, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinə təkid edib.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də bu görüşdə İran İslam Respublikasının tibb sahəsində çox yaxşı potensiallara malik olduğunu deyərək, ölkəsinin bu sahədə İran ilə ciddi şəkildə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

İran İslam Respublikasının Universitet Cihadı Təşkilatının sədri Bakıda keçirilən Beynəlxalq Neft və Qaz Sərgisinin açılış mərasimində iştirak etmək üçün çərşənbə axşamı Azərbaycana səfər edib.

Həmidrza Təyyibi Bakıda olduğu 3 gün ərzində Azərbaycanın enerji naziri və ARDNŞ-ın prezidenti ilə görüşərək, əlaqələrin genişləndirilməsi yolları barədə danışıqlar aparıb.

İranın Universitet Cihadı Təşkilatının sədri bu gün günortadan sonra Tehrana qayıdacaq.

İran İslam Respublikası Universitet Cihadı Təşkilatının sədri Bakıya olan 3 günlük səfərinin sonunda Azərbaycanın səhiyyə naziri ilə görüşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap