Şimali Koreya lideri Trampa ultimatum verib
Posted on : Digər sahələr 05/31/2018
Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi Kim Çen In və Donald Tramp arasında görüşü ərəfəsində Birləşmiş Ştatlara sanksiyaların ləğvi və iki ölkə arasında diplomatik münasibətlərin qurulması barədə tələb irəli sürüb.
FaktXəbər bildirir ki, bu barədə Cənubi Koreyanın "Chosun Ilbo" qəzeti yazıb.
"Mayın 27-də baş tutan danışıqlar zamanı Şimali Koreya təkidlə ABŞ-dan tələb edib ki, sanksiyalar aradan qaldırılsın və diplomatik münasibətlər qurulsun",-deyə qəzet iddia edib.
Rəsmi Pxenyan tələbləri yerinə yetiriləcəyi təqdirdə nüvə silahına malik olmağa ehtiyac duymayacığını bəyan edib.