header

 Haarets xəbər vermişdir: Qəzzə qırğını ilə eyna zamanda Azərbaycan respublikasından bir heyət işğal olunmuş fələstinə səfər etmişdir

Haarets qəzeti xəbər vermişdir ki, Azərbaycan resdpublikasının yüksək rütbəli bir heyəti Qəazzə zolağında fələstinlilərin qığrğını ilə eyni zamanda sionist rəsmiləri ilə görüşüb danışmışlar

  • Tashaio.com Haaretsdən nəql etmişdir ki, ötən həftə bazarertəsi günü Amerika səfirliyinin işğal olunmuş Qüdsdə açılış mərasimi olmuş və eyni zamanda onlarla insan Qəzzə zolağında öldürülmüşdür. Mərasim qurtardıqdan dərhal sonra müsəlman ölkələr, o cümlədən Türkiyə bu işi məhkum etmişlər. Buna baxmayaraq elə həmin zaman və gizli olaraq İsraillə bir müsəlman ölkəsi, Azərbaycan respublikası arasında yeni əlaqə dövrü başlanmışdır. 14 Mayda Azərbaycan respublikasından yüksək rütbəli rəsmilər İsraillə birgə iqtisadi komissiyasının ilk iclasında iştirak etmək üçün işğal olunmuş əraziyə getmişlər. Vergi naziri və müavinlərinin başçılıq etdiyi heyət işğal olunmuş ərazidə üç gün iqamət etmişlər (bazar günündən çərşənbəaxşamı gününə kimi). Israil nazirlərindən birinin də iştirak etdiyi iclasda iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılması müzakirə edilmişdir. Haaretsin yazdığına görə İsrail – Azərbaycan respublikası əlaqələri Bakının 1990-cı il istiqlalından sonra əhəmiyyət kəsb etmişdir. Azərbaycan respublikası İsrailin ən böyük enerji tələbatını təmin edənlərdən və silah alanlarından biridir. Azərbaycan respublikası açar mövqeyinə malikdir. Ölkədə böyük neft və qaz ehtiyatları vardır. O, bu hasilatı Türkiyə yolu ilə işğal olunmuş əraziyə göndərir. İsrail isə Rusiya, Türkiyə və İran arasında yerləşən Azərbaycanın silaha olan tələbatının ən böyük təminedicilərindəndir. İsrailin baş naziri Netanyahunun 2016-cı ildə Bakıya etdiyi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirmişdir ki, bu ölkə İsraildən 5 milyard dollarlıq silah almışdır. Azərbaycan respublikasının informasiya vasitələri yazdılar ki, İsrail dəmir günbəz adlı raketdən müdafiə sisteminin Azərbaycana satmasını qəbul etmişdir. Habelə xarici raportlara əsasən sionist rejimi radar və pilotsuz təyyarə sistemini də Bakıya satacaq və bu ölkənin ərazisindən İrana qarşı casusluq üçün istifadə edəcəkdir. Bundan əlavə Küveyt Əlcəridə qəzedi iddia etmişdir ki, İsrail iddia etdiyi sənədləri İrandan çıxararaq Azərbaycan respublikası yolu ilə apara bilmişdir. Sionist rejimin qabaqkı müharibə naziri Muşe Yəlun Azərbaycan respublikasının İsrailin də neçə şirkətinin iştirak etdiyi hərbi texnika sərgisində iştirak etməsi, eyni halda bəzi xəbərlər göstərir ki, İsrailin istehsalı olan pilotsuz təyyarələr Qarabağ zonasına hücum etmişlər. Azərbaycan respublikası həmin məntəqələrin mülkiyyəti üstündə Ermənistanla münaqişədədir. Qarabağ zonası Azərbaycan respublikası ərazisində yerləşsə də əhalisinin əksəriyyəti Erməni xristeanıdır. Sionist qəzeti Haarets qəzetinin raportuna əsasən İsrail habelə Azərbaycana aqrar sənaey və tibb avadanlıqları satır.
Haarets qəzeti xəbər vermişdir ki, Azərbaycan resdpublikasının yüksək rütbəli bir heyəti Qəazzə zolağında fələstinlilərin qığrğını ilə eyni zamanda sionist rəsmiləri ilə görüşüb danışmışlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap