header

 Azərbaycan İslam Partiyası xalqımızı Respublika Günü münasibətilə təbrik edib

AİP 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinin qəbul edilməsi- Azərbaycan Xalq Respublikasının yaradılması münasibətilə Azərbaycan xalqını təbrik edib

Qurumun Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan təbrikdə deyilir:

 

“Xalqımızı 28 May 1918-ci il tarixli unudulmaz və talehyüklü hadisə, xalqın öz müqəddəratını həll etməsi istiqamətində atdığı addım-İstiqlal Bəyannaməsinin qəbul edilməsi və Şərqin ilk demokratik respublikası yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edirik.

 

Xalqımızın və onun öndə gedən tarixi şəxsiyyətlərinin çətin ictimai-siyasi şəraitdə atdığı addım, dövlətçilik ənənəsinin yaradılması o dövrkü imperiyalar tərəfindən ərazimizin ilhaq olunmasına mane ola bildi. Nəticədə Azərbaycan adlı Respublikada parlament və hökumət, dövlət aparatları təşkil edildi, dövlət atributları-bayraq, himn, gerb yaradıldı. Dövlət simvollarında müsəlmançılıq və islamçılıq göstəriciləri öz əksini tapdı.Bu çox mühüm amil idi və 70 il sovet rejimi dövründə bu göstəricilər dəyişməz olaraq qaldı.


100 il əvvəl yaradılmış Parlamentli Respublika 23 ay yaşasa da, bu az müddətdə ölkənin hərbi müdafiə sahəsində, qanunvericilik və icra orqanlarında Azərbaycan xalqının milli maraqları baxımından mühüm addımlar atıldı. Azərbaycan dili dövlət dili elan edildi. Tarixi ənənə sovet imperiyası çökdükdən sonra xalqımızın milli azadlıq hərəkatında stimulverici mənəvi gücə çevrildi.


Milli istiqlaliyyətini yenidən qazanmış xalqımız tarixi hadisələri layiqincə dəyərləndirir və belə günləri hər il milli bayram kimi qeyd edir.


Bir daha milli dövlətçilik tarixi ənənəsi, Azərbaycan Respublikası yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edir, ölkəmizdə milli mənlik şüurunun, Azərbaycançılıq və İslamçılıq məfkurəsinin daha da təşəkkül tapmasını diləyirik.”




Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı ilham Əliyev

AİP 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinin qəbul edilməsi- Azərbaycan Xalq Respublikasının yaradılması münasibətilə Azərbaycan xalqını təbrik edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap