header

 İsrail Qəzzəni vurdu, 2 fələstinlini şəhid oldu

İsrail ordusu Qəzzənin cənubunda yerləşən Xan Yunusun şərq hissəsinə artilleriya zərbələri endirib. Nəticədə iki fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail ordusunun ağır artilleriya bölməsi Rəfəh və Xan Yunusda müqavimət qüvvələrinin mövqelərinə zərbələr endirib.

Fələstinin Səhiyyə Nazirliyi İsrail ordusunun bazar günü səhər saatlarında Xan Yunusun şərqinə olan hücumlarında 2 fələstinlinin, 25 yaşlı Hüseyn Səmir Əmur və 28 yaşlı Əbdülhəlim Əbdülkərim Naqenin şəhid olmasından xəbər verib.

Qəzzə zolağı 2006-cı ildən havadan, qurudan və dənizdən İsrail rejiminin mühasirəsindədir. Qəzzə sakinləri 30 mart 2018-ci il tarixindən işğal edilmiş ərazilər ilə sərhəd məntəqədə "Qayıdış Haqqı" adlı böyük yürüşlərə start veriblər.

İndiyə kimi bu yürüşlərdə 120 nəfər şəhid olub.

İsrail rejimi ABŞ-ın hərtərəfli himayəsi və dünya ictimaiyyətinin dərin sükutu ilə hər gün daha da həyasızlaşır və cinayətləri sərhəd tanımır.

İsrail ordusu Qəzzənin cənubunda yerləşən Xan Yunusun şərq hissəsinə artilleriya zərbələri endirib. Nəticədə iki fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap