header

 Snouden: Tramp Putindən çox heç kəsi sevmir

Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən çox heç kəsi sevmir.

FaktXəbər-in məlumatına görə, bu barədə "The Huffington Post" xəbər verib.

"Dünyada elə bir insan tapmaq olmaz ki, Tramp onu Rusiya prezidentindən çox istəsin.. Ancaq düşünürəm ki, Müllerin  istintaqının  Trampa qarşı  obyektiv  sübutlar tapacağı ümidi ilə insanlar çox şey istəyir", - deyə o, bəyan edib.

Snouden həmçinin  Trampın  Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alına biləcəyi məsələsinə şübhə ilə yanaşıb.

Onun fikrincə, cümlənin sonunda nə demək istədiyini xatırlamayan  insanın uğurlu Rusiya casusu olacağı ehtimalı çox azdır.

Bunun yanında Snouden  Trampın  Moskva ilə əməkdaşlıq  arzusunu istisna etməyərək, ABŞ prezidentinin hədəfə çatmaq üsün çox şeyə gedə biləcəyini vurğulayıb.

Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən çox heç kəsi sevmir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap