header

 Seyid Həsən Nəsrullah: "ABŞ-ın sanksiyaları bizə təsir etməyəcək"

Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrallah müqavimət bayramının ildönümü və cənubi Livanın İsrail rejimindən xilas olması münasibətilə çıxış edib

Hərəkat lideri ABŞ prezidenti Donad Trampın Qüdslə bağlı verdiyi qərardan sonra "Qüds Günü"nün geniş şəkildə keçirilməsini vurğulayıb.  

Seyid Həsən Nəsrullah bildirib ki, həm qüvvələrin sayı, həm də güc baxımından 1982-ci ildən 2000-ci ilə qədər müqavimətin imkanları çox az olub.  

"Qələbənin ilahi, insani və əxlaqi ölçüləri var. Böyük müharibələrə qarşı müqavimət sabit olmuşdur. Allah-Təala bu qələbəni fədakarlıqlarına görə müqavimət dostlarına bəxş etmişdir", - deyə S.H. Nəsrullah söyləyib.  

Seyid Həsən Nəsrullah ABŞ və Körfəz ölkələrinin Livan və Fələstin müqavimətinə qarşı sanksiyaları haqqında danışarkən deyib ki, bu sanksiyaların bir qismi yeni deyil və ABŞ-ın bu yeni sanksiyalarından ziyan görəcək olan, xalqdır.  

"Livan hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalardan əziyyət çəkən bütün vətəndaşlara qarşı cavabdehdir. ABŞ-ın yeni sanksiyalarının məqsədi müqavimətə və tərəfdarlarına təzyiq göstərməkdir. Livanda müqavimətin maliyyə qaynaqlarını kəsmək istəyirlər. Eyni zamanda Livan və regionda müqavimətin böyük dəstəkçisi olan İrana da təzyiqlər tətbiq olunacaq", - deyə müqavimət lideri əlavə edib.  

Seyid Həsən Nəsrallah daha sonra qeyd edib ki, müqavimət əleyhdarları dəfələrlə cinayətlərlə, qətllərlə, xalqı yaşadıqları yerlərdən didərgin salmaqla

"Hizbullah"ln iradəsini zəiflətməyi təcrübə ediblər. "ABŞ öz müttəfiqlərini pullu əsgərlər kimi görür. Ən pis halda əgər bu sanksiyalar maliyyə dəstəyinin müqavimətə çatmasına mane olsa belə bu məsələnin bir təsiri olmayacaq, çünki biz pullu əsgər deyilik və müqavimət məsələsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. 2006-cı ildə ABŞ sui-qəsdlərinə qarşı dayandıq. Məğlubedilməz bir ordunu məğlub etdik və onları Livan torpaqlarını tərk etmək məcburiyyətində buraxdıq. Düşmənin bizi sanksiya ilə təhdid etməsi çox təbiidir və düşmən öz mənfəətləri üçün bizi təhdid edir", - deyə "Hizbullah" diqqətə çatdırıb. Mənbə: eastnews

Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrallah müqavimət bayramının ildönümü və cənubi Livanın İsrail rejimindən xilas olması münasibətilə çıxış edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap