header

 M.Qurbanlı: Bütün məscidlər QMİ-nin fətvasına əsasən azan verməlidir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri mübarək Ramazan aynda bu ölkə məscidlərində müxtəlif zamanlarda azanın verilməsi haqda xəbərdarlıq edib.

"Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir". Bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

APA-nın məlumatına görə, M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var. Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb.

Qurbanlının sözlərinə görə, rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin.

Komitə sədri qeyd edib: QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır. Hərə öz bildiyini edərsə, xaos yaranar.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri mübarək Ramazan aynda bu ölkə məscidlərində müxtəlif zamanlarda azanın verilməsi haqda xəbərdarlıq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap