header

 Ayətullah Xamenei Avropaya şərtlərini açıqladı

İslam İnqilabının Ali Dini Rəhbəri dünən axşam saatlarında dövlət rəsmilərilə görüşüb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Xamenei dünən axşam saatlarında dövlət rəsmilərilə görüşüb. Görüşü zamanı nüvə müzakirəlıərilıə bağlı Avropaya öz şərtini açıqlayıb.

"ABŞ-ın nüvə sazişindən çıxmasını BMT-nin 2231 saylı qətnaməsinə zidddir və Avropalıları ABŞ əleyhinə qətnaməni Təhlükəsizlik Şurasına aparmalı və Birləşmiş Ştatların bu hərəkətinə etiraz etməlidirlər.", -deyə o bildirib.  

Ayətullah Xamenei sözlərinin davamında avropalılarla nüvə sazişinin davam etdirilməsi üçün lazımi şərtləri bəyan edərək deyib: "Üç Avropa ölkəsinin başçısı öhdəlik götürməli və söz verməlidirlər ki, İranın raket və regional iştirakını mütləq irəli sürməyəcəklər." 

İranın üç Avropa ölkəsi ilə davası olmadığını deyən İnqilab Rəhbəri  "Avropalıların keçmişini nəzərə alaraq, biz onlara etimad etmirik və elə ona görə real zəmanətləri verməlidirlər. Amerikalılar İranın xam neft satışına əngəl yaradarlarsa, avropalılar İrandan nefti satın almaqla bizim ehtiyac duyduğumuz ölçüyə zəmanət verməlidirlər. Avropalılar bizim tələblərimizi yerinə yetirməkdə gecikərlərsə, dayandırılmış nüvə fəaliyyətlərinə başlamaq üçün İranın haqqı qorunur.", -deyə bildirib. 

İslam Respublikası ilə dövlət və özəl sektorda ticarət ödənişlərinin ödənməsi və alınması haqda Avropa banklarının zəmanəti də Ayətullah Xameneinin qeyd etdiyi önəmli şərtlər arasında olub.

İnqilab Rəhbəri İranın Atom Enerjisi Təşkilatı rəsmilərini ehtimal üzrə belə fəaliyyətlərə başlamağa hazır olmağa çağıraraq deyib:  "Hazırda 20%-lik zənginləşdirməni başlamırıq. Lakin lazım olarsa, nüvə sazişinin faydalı olmadığını görəriksə, nüvə sazişi vasitəsi ilə durdurulan fəaliyyətlər yenidən başlayacaq."

İranın reqion maraqlarına da toxunan Ayətullah Xamenei  "Regionda iştirak və xalqların İslam Respublikasına tərəfdar çıxması bizim strateji dərinliyimizdir və heç bir ağıllı hökumət qüdrətin bu göstəricilərindən vaz keçməyəcək. ", -deyə bildirib.

İslam İnqilabının rəhbəri daha sonra Trampın açıqlamalarına belə cavab verib: "ABŞ-ın hazırkı prezidentinin taleyi Buş və Reyqan kimi öz sələfilərinin taleyindən yaxşı olmayacaq və onlar kimi tarixdə itib-batacaq." 

Qeyd edək ki, bu görüşdə tanınmış general Qasim Süleymaninin iştirakı da diqqətdən qaçmayıb.

İslam İnqilabının Ali Dini Rəhbəri dünən axşam saatlarında dövlət rəsmilərilə görüşüb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap