header

 Kədərlənən vaxt gedin Allahın evində deyin: Allahım, artıq Sən mənim qəlbimi tərk etdin?

Kədərlənən vaxt gedin Allahın evində deyin: Allahım, artıq Sən mənim qəlbimi tərk etdin?

"Bəzi şeyləri sözlə, danışmaqla anlatmaq mümkün deyil. Hər kəs bu gülün ətrini qoxulayıb,bunu sözlə  anlada bilərsinizmi? Bu təkcə qəlblə hiss olunan şey deyil. Əksinə bu duyğularla əlaqəlidir və tamamilə qoxunu hiss etməklə əlaqəlidir, hissiyatla bağlıdır. Bunu sözlə başa salmaq mümkün deyil, ədəbiyyatda bunu anladacaq sözlər yoxdur. Ancaq ətiri gətirib “buyur qoxula” ilə anlada bilərsən.

Yəni bəzi həqiqətlə varki, ancaq qəlblə hiss olunur. Eşq və məhəbbət ancaq qəlblə hiss olunur.

Allah sizi sevir? Bunu dərk etmək mümkündürmü? Niyə İmam Zaman və Peyğəmbər (s) möminlərin əməllərini görə bilirlər? Nəuzubillah boş yerəmi? Xeyir. Çünki sizi sevirlər. (Günahlarınızı görəndə narahat olarlar, savablarınıza sevinərlər).

Kədərlənən vaxt gedin Allahın dərgahına evinə  və Onunla danışın, deyinki, Allahım artıq Sən mənim qəlbimi tərk etdin? Artıq qəlbim qaralıb, kirlənib?

Neçə dəfə Allahla bu cür münacat etdiniz, O sizin qəlbinizi aram etmədi? Neçə dəfə?

Mən milyardlarla insanın qarşısında danışmağa hazıramki, bir nəfər tapılmaz deyəki  “Mən dəfələrlə Allahın dərgahına getdim, O mənim qəlbimə nəvaziş göstərmədi, qəlbim yumşalmadı. Göz yaşlarım axmadı, ağlamadım. Günahı sevirdim, zikr etməyi sevmirdim, Allahı sevmirdim, qəflətdə olmağı sevirdim, nəfsimə uymağı sevirdim. Və bu halla Allahın qapısına getdim və dedim ki, Allahım mənim qəlbim günahkardır, lazımsızdır? (Peşmançılıqla) Və milyardlarla insandan biri deyə bilməzki, bu cür etdim, Allah qəlbimə nəvaziş etmədi, nazını çəkmədi, ağlamadım.  Başını salaraq həvəslərinin arxasınca gedən sənsən... (Allah bütün bəndələrini sevir)."

mənbə: İslamazeri.com

Kədərlənən vaxt gedin Allahın evində deyin: Allahım, artıq Sən mənim qəlbimi tərk etdin?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap