header

 Qüdsdən sonra - ABŞ bu işğal edilmiş bölgəni də İsrailin ərazisi elan edəcək

ABŞ Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra işğal edilən Suriya ərazisi yəni Colan Yüksəkliklərini də sionist rejiminin ərazisi elan edəcək.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu İsrailin Kəşfiyyat naziri Yesrael Kets deyib.

 

Reuters-in məlumatına görə, işğal edilmiş Colan Yüksəkliklərinin ABŞ tərəfindən İsrailin ərazisi elan edilməsinin gözlənildiyini bildirən kəşfiyyat naziri əlavə edib ki, bu bir neçə aya baş tuta bilər.

 

Bu istiqamətdə rəsmi Təl-Əvivin Tramp administrasiyasına təzyiqlər göstərdiyini bildirən Yesrael Kets sözügedən məsələnin iki ölkə arasındakı danışıqlarda öndə getdiyini vurğulayıb.

 

“Trampın bu elanı İrana sərt cavab olacaq. Onlar biləcəklər ki, İsraili dağıtmaq istəyirdilər amma tam əksinə oldu” deyə israilli nazir xəbərdarlıq edib.

 

Ağ Ev İsrail nazirinin bu bəyanına hələ münasibət bildirməyib.

 

Xatırladaq ki, bundan öncə ABŞ konqrsmenlərindən biri Roun Dsantis də Qüdsün İsrailin paytaxtı elan edildiyi kimi Colan Yüksəkliklərinin də İsrailin ərazisi elan edilməsini tələb etmişdi.

ABŞ Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra işğal edilən Suriya ərazisi yəni Colan Yüksəkliklərini də sionist rejiminin ərazisi elan edəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap