header

 İŞİD terrorçuları Yəmənə toplayır

Ötən həftə İŞİD terror təşkilatının rəhbərliyi öz üzvlərinə Yəmənin Əl-Baidə əyalətinə «miqrasiya» üçün fərman verib.

FaktXeber.com-un AnnaNews-a istinadla verdiyi məlumata görə, ilk dəfədir ki, beynəlxalq ekstremist  qruplaşma öz üzvlərini konkret bir məkana yollayır.

Çağırış İŞİD qruplaşmasının sosial şəbəkələrdə paylaşdığı  videoyazıda səsləndirilib.

Bundan əlavə, son zamanlar Suriya və İraqda mövqelərini itirən, ağır məğlubiyyətlərə düçar olan qruplaşma Yəməndə fəaliyyətlərini artırmağa cəhd edir. İŞİD həmçinin Sinay və Əfqanıstan kimi ərazilərdə öz taktikasını dəyişməyə çalışır.

İŞİD bunda Yəmən münaqişəsindən öz mənfəəti üçün istifadə etmək və husilərin, Yəmən hökumətinin düşməni kimi öz mövcudluğunu gücləndirmək imkanı görür.

Ötən həftə İŞİD terror təşkilatının rəhbərliyi öz üzvlərinə Yəmənin Əl-Baidə əyalətinə «miqrasiya» üçün fərman verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap