header

 İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

İran İslam Respublikası ilə İraqın Sədr Cərəyanı arasında ixtilafın mövcud olmasına dair yayımlanan bəzi xəbərlərə "Sədr" hərəkatının rəsmisi cavab verib

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikası ilə İraqın Sədr Cərəyanı arasında ixtilafın mövcud olmasına dair yayımlanan bəzi xəbərlərə "Sədr" hərəkatının rəsmisi Ziya Əl Əsədi cavab verib.

İraqda "Sədr" hərəkatının siyasi bürosunun məsul şəxsi Ziya Əl Əsədi Livanın "Almayadeen" telekanalına müsahibəsində deyib: "İran və İraq müştərək tarixi, mədəni, ictimai, iqtisadi və ticari maraqlara malikdirlər və biz heç vaxt başqalarının bu mövzudakı diqtələrini qəbul etməyəcəyik." O ABŞ-ın İran haqdakı açıqlamalarını da tənqid edərək bunları qəbuledilməz adlandırıb.

Ziya Əl Əsədi sözlərinin davamında ""Sədr" hərəkatı və digər iraqlı şəriklər bu qədər mübarizə və fədakarlıq etməyiblər ki, bu gün Amerikanın meyli və istəklərinə təslim olmuş olsunlar.", -deyə bildirib.

"İraqın siyasəti təkcə bir meyar əsasında təyin edilməlidir və o, İraqın maraqları, eləcə də qonşu ölkələrin mənafeyi və onlarla müvazinətli əlaqələrə malik olmaqdır və Amerikanın istəklərini qəbul etməyə İraqda yer yoxdur.", -deyə "Sədr" hərəkatının siyasi bürosunun məsul şəxsi Ziya Əl Əsədi əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl İran İslam Respublikasının Bağdaddakı səfiri İrəc Məscidi İran İslam Respublikası ilə İraqın Sədr Cərəyanı arasında ixtilafın mövcud olmasına dair yayımlanan bəzi xəbərləri təkzib etmişdi.

İran İslam Respublikası ilə İraqın Sədr Cərəyanı arasında ixtilafın mövcud olmasına dair yayımlanan bəzi xəbərlərə "Sədr" hərəkatının rəsmisi cavab verib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap