header

 Yəmənlilərdən Səud-vəhabi krallığın hərbçilərinə zərbələr - VİDEO

"Ənsarullah" hərəkatı Səudiyyənin sifarişilə Yəmənə hücumlarda iştirak edən muzdlu döyüşçülərə ağır zərbə endirib

İslamazeri.com "almasirah"a istinadən xəbər verir ki, Yəmən Ordusu və "Ənsarullah" hərəkatı Səudiyyənin sifarişilə Yəmənə hücumlarda iştirak edən muzdlu döyüşçülərə ağır zərbələr endirib. Səudiyyə isə ilk dəfə öz itkilərini açıqlayıb, ancaq bu dəfə az sayda.

Səudiyyənin rəsmi saytları bir zabit və 4 əsgərin öldüyünü yazıblar.

Məlumata görə, bir neçə gün ərzində Səud rejiminin onlarla hərbçisi, həmçinin onlara dəstək verən başqa ölkələrdən olan silahlı muzdlu döyüşçülər öldürülüb.

Yəmən Ənsarullahı video yayaraq, bəzi əməliyyatlarda çəkdikləri kadrları nümayiş etdiriblər.

Hücumlar Cizan və Qərb Sahili bölgəsində həyata keçirilib. Bu gün isə Yəmən mediası Səudiyyə mövqelərini "Zilzal2" ilə hədəfə aldıqlarıyla bağlı xəbər yayımlayıblar.

"Ənsarullah" hərəkatı Səudiyyənin sifarişilə Yəmənə hücumlarda iştirak edən muzdlu döyüşçülərə ağır zərbə endirib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap