header

 İran Prezidenti Azərbaycan prezidentini təbrik edib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Respublikası prezidenti İlham Əliyevə 28 May-Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Azərbaycan Respublikasının xalqına rifah və səadət arzulayıram”.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Respublikası prezidenti İlham Əliyevə 28 May-Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap