Ayətullah Xamenei başsağlığı verib
Posted on :
iran
05/23/2018
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fədaka və mücahid alim, Urmiya şəhərinin sabiq imam cüməsi, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Qorxmaz, fədakar və mücahid alim, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə, sevənlərinə və Qərbi Azərbaycan əyaləti xüsusi ilə Urmiya şəhərinin mömin xalqına və ruhanilərinə başsağlığı deyirəm. O mərhumun davamlı və hər tərəfli çalışmaları inqilabçı və mübariz bir ruhaninin həyat dəftərində həmişə yaşar və təkrarsız səhifə olaraq qalacaq. O daxildə inqilaba zidd muzdlular və müharibə dövründə Bəəsli işğalçılar qarşısında mübarizədə misli görünməmiş işlər görüb. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
Qeyd edək ki, mərhum Höccətül-islam Həsəni may ayının mayın 21-i axşam saatlarında 91 yaşında vəfat edib.