header

 `Din xadimlərinin azad edilməsi cəmiyyətin tələbidir`

Bu gün Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və "Qələm" Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə "AXC-nin 100 illiyi münasibətilə əfv sərəncamından gözləntilərimiz" adlı tədbir keçirilib.

Tədbiri giriş nitqiylə açan “Qələm” Yazarlar Birliyinin rəhbəri, jurnalist Qurban Cəbrayıl bir neçə gün sonra Şərqdə qurulan ilk demokratik respublika - ADR-in 100 illiyi ilə əlaqədər gözlənilən əfv sərəncamı haqda tədbir iştirakçılarının fikirlərini dinləmyin faydalı ola biləcəyini bildirdi.

İlk söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev cəmiyyətdə ziyalıların tutduğu əvəzolunmaz rola toxundu. O qeyd etdi ki, istənilən toplum, ziyalılara, mənəviyyat daşıyıcılarına hörmət edərsə böyük səadət və xoşbəxtçiliyə nail olar.

Ölkə səviyyəsində İslamın əsas mahiyyətinə qarşı edilən haqsızlıqlara toxunan ilahiyyatçı alim, dövlət rəhbərliyinin İslamdan danışıb əməldə isə İslama qarşı göstərilən rəftarın başa düşülən olmadığını vurğuladı. Çıxışının sonunda Hacı İlham Əliyev bildirdi ki, cəmiyyətin tələbi din xadimlərinin tezliklə azadlığa çıxmasındadan ibarətdir.

Daha sonra söz Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verildi. Natiq ölkə konstitusiyasında etiqad azadlığı olan ölkədə siyasi məhbus siyalarında ən çox dindarların adına rəst gəlindiyini vurğulayaraq bu faktın dövlət adına böyük utanc sayıldığını bildirdi.

Söz verilən digər tədbir iştirakçısı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli babalarımızın 100 il bundan öncə qurduqları cümhüriyyət dəyərlərinə toxundu: “Niyə babalarımız canlarından keçib bu dövləti qurdurlar?! Qurdular ki, ədalət, rifah, azadlıqlarımız olsun! 20 faiz torpağımız işğal olunub, rifahımız aşağı səviyyədədir, azadlıqlarımız məhdudlaşıdırılıb və bütün bu neqativ təsirlərin aradan aparılmasına səy göstərən, cəmiyyətimizin sağaltmağa çalışan vətəndaşlarımız da həbsə, təqiblərə məhkum edilib”.

Siyasətçi verilən cəzaların qisas mahiyyəti daşıdığını, əfv və amnistiya aktlarının bu şəxslərə şamil edilməməsindən narazılığını dilə gətirdi: “Ramazan ayında dövlətə orqanlarına səslənirik, heç bir günahı olmayan vətəndaşlarımızın azadlığını təmin etsinlər!”

Tədbir, hüquq müdafiəçisi Hilal Məmmədovun, siyasi məhbus Abbas Hüseynin anası Rəhimə Hüseynovanın, AİP funksioneri Akif Heydərlinin çıxışları ilə davam etdirildi.

Bu gün Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və "Qələm" Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə "AXC-nin 100 illiyi münasibətilə əfv sərəncamından gözləntilərimiz" adlı tədbir keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap