header

 Türkiyədə 1 dollar 5 lirə oldu

Türkiyənin milli valyutası ABŞ dolları qarşısında ilk dəfə rekord həddə uzuclaşıb.

FaktXəbər "Cumhuriyet" qəzetinə istinadən bildirir ki, 1 dolları artıq 5 türk lirəsinə dəyişmək mümkdür.

Almaniyanın "Commerzbank"ının yaydığı hesabatda dolların 6 lirəyə qədər artacağı qeyd olunur.
 
"Dollarlarla psixoloji mübarizə başlayıb. İqtisadi deyil, psixoloji bir mübarizədir. Buna görə nəyin necə baş verdiyini bilmirik. Dollar, "Deutsche Bank"ın proqnozundan çox Türkiyə xalqının davranışına bağlı yüksəlir və ya düşür. Dollar dünya və Türkiyə iqtisadiyyatından qopub və psixoloji bir davranış var",-deyə iqtisadçı Güngör Uras mövcud vəziyyəti dəyərləndirib.
 
Türkiyə baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ isə qeyd edib ki, dollar bahalaşması seçkilərə heç bir təsir gstərməyəcək: "Dollarla oynayaraq xalqın cibinə zərər verəcək nəticələr ortaya qoyaraq, seçkilərin nəticələrini dəyişəcəyini düşünənlər yanılırlar".

Türkiyənin milli valyutası ABŞ dolları qarşısında ilk dəfə rekord həddə uzuclaşıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap