header

 İsraildə ailələrdə cinsi təcavüz halları çoxalıb - STATİSTİKA

"Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.

İslamazeri.com-un İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, İsraildə 2017-ci ildə cinsi zəmində zorakılığa məruz qaldıqlarını etiraf edən yeniyetmələrin sayı nəzərəçarpacaq qədər artıb. “Elem” cəmiyyətinin məlumatlarına görə, əgər 2016-cı ildə belə hadisələrin sayı 1000 idisə, indi - 2017-ci ildə həmin rəqəm 1800 olub. Bu da, 80 faizlik artım deməkdir. Cinsi zorakılıqla bağlı şikayət edənlərin 75 faizi qızlar, 21,5 faizi oğlanlar, 3,5 faizi isə transgenderlərdir.

Müvafiq məlumatlar kömək üçün “Elem”-ə müraciət etmiş 21 mindən çox israillinin şikayətlərinin təhlilinə əsaslanıb. Ailədaxili, o cümlədən də baba və qardaş tərəfindən olan cinsi zorakılığa dair şikayətlərdə də artım hiss olunur.

Qardaş və bacı arasındakı cinsi zorakılığa gəldikdə isə, bu cür hallara daha çox çoxuşaqlı ailələrdə rast gəlinir.

Kömək üçün müraciət edənlər arasında isə eyni anda həm cinsi zorakılıq təşəbbüskarları, həm də onun qurbanları var.

Adıçəkilən cəmiyyətə müraciət edənlərin təxminən 1/3-i, yəni 6965 nəfər, etiraf ediblər ki, münasibət qura bilmədikləri üçün özlərini tənha hiss edirlər. Bu hal sosial şəbəkələrin və real münasibət əvəzinə virtual münasibətlər modasının yayıldığı eyni dövrdə yayılıb.

“Elem” həmçinin gənclər arasında spirtli içki zəhərlənmələrinin və şəxsi əyləncə gecələrində narkotik qəbulu hallarının da artdığını qeyd edir.

"Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap