header

 Ayətüllah Amili Azərbaycan respublikası ilə İsrail arasındakı əlaqələrə işarə edərək: zahirən müsəlman olan bir dövlət İsrailin yanacaq ehtiyacının 60 faizini təmin edir. Bu günlər isə İsraildə səfirlik açmaq qərarına gəlmişdir

Tashaio.com-Ayətüllah Seyid Həsən Amili Ərdəbilinm müsəllasında keçirilən bu həftəki cümə namazı mərasimində bildirmişdir:Tramp tacirdir. Maddi maraqları təmin olduğu təqdirdə hər iş görər. Buna görə də Ərəbistan dollarlarının öz banklarından çıxmasından qorxur. O, Fələstin faciəsinin müsəlman ölkələrinin ləyaqətsiz hökmdarlarından irəli gəldiyini bildirərək demişdir: Bin Salmanın Amerika nəşriyyəsinə verdiyi müsahibədə “bizim İsraillə çoxlu birgə mənafeyimiz vardır, fələstinlilər şəraiti qəbul etməli, yoxsa susmalıdırlar” deməyi Trampın cinayət təşəbbüsləri üçün yaşıl işıqdır.
Ərdəbil əyalətinin vəliyyi-fəqih nümayəndəsi açıqlamışdır: İsrailin xarici işlər naziri Liberman deyir “Fələstin müxtariyyatının rəisi Mahmud Abbas bizə dedi ki, Qəzzə zolağına hücum edin ki, HƏMAS məhv olsun. Biz isə onunla uyğunlaşaraq 22 günlük Qəzzə müharibəsini başladıq. Amili davam etdirmişdir: Amerika səfirliyinin Qüdsə köçürülməsi 1995-ci ildə konqredə qəbul olunmuşdur. Lakin heç bir prezident indiyə kimi onu həyata keçirmə cəsarətinə malik olmamışdır. Lakin indiki şəraitdə Bin Salman kimilərin varlığı Trampa belə bir cəsarət vermişdir. Vəliyyi-fəqihin Ərdəbildəki nümayəndəsi artırmışdır: Tramp səfirliyi köçürməklə Beytülmüqəddəsin yəhudilərə aid olduğunu, müsəlmanların isə qəsbkar olduğunu bildirmişdir. O, bununla da maliklə qəsbkarın yerini dəyişdirmişdir. Hal bu ki, həmin
əqidə uğrunda 70 il qan tökülmüşdür. O, Ərəbistan müftirərinin Bin Salmanla xüsusi əməkdaşlığını, HƏMAS-n guya terrorçu olduğunu, İsrailə qarşı kobudluq gəstərməyin haram olduğunu bildirən fətvalarını məhkum edib, onu vahabilər üçün faciəli fətva hesab etmişdir. Ərdəbil
əhalisinin xibrələr məclisindəki nümayəndəsi xütbələrin digər hissəsində bəzi müsəlman ölkələrin İsraillə əlaqə yaratmasını və o ölkədə səfirlik açmasını Fələstin və müsəlman ideyalarına xəncər vurmaq kimi qiymətləndirərək vurğulamışdır: zahirən müsəlman olan bir dövlət İsrailin yanacaq ehtiyacının 60 faizini təmin edir. Bu günlər isə İsraildə səfirlik açmaq qərarına gəlmişdir. İslam əməkdaşlıq təşkilatının İran prezidentinin iştirakı ilə bu gün İstanbulda keçirilən iclasına işarə edərək dmişdir: bu iclas məhz iclas naminə və müsəlmanların qəzəbini boşaltmaq üçün olmamalıdır.



 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap