header

 Sionist rejimi ilə geniş əlaqədə olan Azərbaycan kimi islami bir ölkə bədbəxtlik günü münasibətilə öz rəsmilərini yəhudi təmsilçiləri ilə birlikdə Amerikaya göndərirlər ki, ən böyük sionist icması olan “AYPƏK”lə görüşsünlər. Bu, zəlillik və xəyanət deyilmi?

 İsraillə öz əlaqələrini adiləşdirən ölkələr rahatlıq üzü görməyəcəklər

Tashaio.com-“Rəyülyovm” ultra regional qəzeti islam ölkələrinin Fələstin məsələsinə xəyanətindən daha üstün olan yeni həlqələrin izahına dair məqalə dərc etmişdir. Məqalənin adı “Fələstin işğalının yetmişinci il dönümündə islam ölkələrinin, xüsusilə Ərəb ölkələrinin quru, hava və dəniz əlaqələrinin adiləşdirilməsi məlum olmuş, İran və Hizbüllahdan özləri üçün terror kuklası düzəltmişlər”dir. Əbdülbari Ətvan Amerika səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq Fələstin xalqının nümayişinə işarə edərək yamışdır: sizdən xahiş edirik ki, amerika və israillilərin ABŞ səfirliyinin Telavivdən Qüdsə köçürülməsi ilə əlaqədar mərasim haqqında mövqe bildirərkən beynəlxalq qanunlar haqqında danışmayın. Çünki bu, blokadaya alınmış Qəzzə zolağında  ac saxlanılan yüz minlərlə gəncin işğal olunmuş Fələstin sərhədlərinə axını və hədəf və əqidələrinə inam dolu qəlblərilə sinələrini işğalçı rejim güllələrinə verdikləri vəziyyət baş verərkən təhqiramizdir.

Londonda nəşr edilən Rəyülyovm internet qəzetinin baş redaktoru yazmışdır: damarlarında milli qeyrət və dəyər qanı axan, Amerika və İsrailin güclənməsinə şərəflə cavab verən gənclər yüz milyardlarla dollar sərf edilib alınan Ərəb ölkələri ordusunun f-16 qırıcılarını gözləmədilər. Çünki onlar artıq əmin olmuşlar ki, bu qırıcılar mülki Ərəb əhalisini öldürür, Ərəb şəhərlərini dağıdır. Məntiqdən kənar deyil ki, onlar İsrail qırıcıları ilə çiyin-çiyinə Fələstin xalqına qarşı əməliyyat aparsınlar. Ətvan sözünün davamında yazmışdır: Bizə deməyin ki, Amerika öz səfirliyini, xüsusilə zəlilik gününün ildönümündə köçürməklə sülh prosesini, “iki ölkənin həlli” yalanını məhv etmişdir. Çünki Amerika səfirliyinin köçürülməsi münasibətilə şənlik edənlər və bir-birinin sağlığına içənlər bizi bu batlaqa sürükləyənlər və zəlil edənlərdir. İslam və Ərəb ölkələrinin rəhbər və nazirlərinin bu mərasimdə olmaması təəccüb doğurur. Xüsusilə ki, onların çoxu qabaqca işğalçı rejimə səmimi dostluq bildirmiş, bəziləri isə İsrailin Suriyaya təcavüzünü müsbət qarşılamış, işğal olunmuş Qüdsə idman komandaları göndərmişlər. Buna da inanırıq ki, onlar telefonla İsrail və Amerikanı təbrik etməmiş olmazlar. Çünki yeni müttəfiqə qarşı vəzifələrini yetirməmək məntiqdən kənar olardı.  Ətvan öz məqaləsinin digər bir hissəsində islam hökmdarlarını qınamaqla eyni halda Azərbaycanın İsraillə əlaqələrinin genişlənməsinə işarə edərək yazmışdır: Sionist rejimi ilə geniş əlaqədə olan Azərbaycan kimi islami bir ölkə bədbəxtlik günü münasibətilə öz rəsmilərini yəhudi təmsilçiləri ilə birlikdə Amerikaya göndərirlər ki, ən böyük sionist icması olan “AYPƏK”lə görüşsünlər. Bu, zəlillik və xəyanət deyilmi? Bu ölkənin başçıları müsəlmanlara qarşı vəzifələrinin bircə hissəsini belə başa düşsəydilər bu rejimin neftə olan tələbatının 40 faizini təmin etməzdilər. Ətvan yazmışdır: qayıdış nümayişindən indiyə kimi yüzlərlə şəhid olmuşdur. O cümlədən yalnız dünən və bu məqaləni yazana qədər 40 nəfər şəhid olmuşdur ki, bu say artmış olmalıdır. Bu şəhidlər Peyğəmbər səhabələrinin, islamın zəfərli komanderləri və onların qəhrəman əsgərlərinin nəslindəndirlər. Onlar saylarının azlığına baxmayaraq kafirlərə qələbə çalan möminlərdirlər. Bu xayin başçıların hamısı onların qanının məsuliyyətini daşıyırlar. Ətvan sonra Amerika və sionist rejimin İranofobiyasına dolayısı ilə işarə edərək yazmışdır: İslam və ərəb ölkələri, Fələstin müxtariyyəti və onların təslimçi alçaq rəhbərləri Fələstini unutsalar, qayıdış hüququndan vaz keçsələr də Amerika onlar üçün yeni düşmən saxtalaşdırdı və bu ölkələr əmanətə xəyanət etdilər. Fələstin xalqı, bütün Ərəb-islam xalqları öz güc və dəyərlərinə vəfalı qalaraq, daha qüdrətlə mübarizə aparmağa çalışacaqlar. Ətvan öz sözlərinin davamında liberal adlandırılan təslimçilərə işarə edərək yazmışdır: üzdən iraq fikir sahibləri və liberal qruplar bizim üçün nə iş görmüşlər? Yəhudi qəsəbələrindən hətta birinin belə salınmasına mane ola bilmişlərmi? Qüdsün Ərəb-islam mahiyyətini qoruya və onun yəhudiləşməsinə mane ola bilmişlərmi? İşğalçı rejim hərbçilərinin Qəzzədə, Cənində, Əlxəlildə, Livanın cənubunda və Suriyada qırğın törətmələrinə son qoya bilmişlərmi? Qayıdış nümayişçiləri ölümdən qorxmur və əslində ölümü tanımırlar. Onlar sərhədləri aşır, müqavimət istiqamətində yaradıcı işlər görürlər. Fələstin ideyasını dünya ictimaiyyətinin diqqət mərkəzində qərar verirlər. Əlbəttə bu da təslimçi Ərəb ölkələri bu ideyanın tənəzzülünə uğradığına inanandan sonra baş verir. Ətvan məqalənin sonunda yazmışdır: qorxusundan əsənlər israillilərdir. O amadlar ki, günahsız cavanlara və uşaqlara atəş açırlar. Həmin gənclər və uşaqlar onların mərasimlərini burunlarından gətirdilər çirkin və qanlı simalarındakı maskanı açdılar. Öz əlaqələrini İsraillə adiləşdirən ölkələr rahatlıq üzü görməyəcəklər. İsraillilər onları xalqlarının qəzəbindən qoruya bilməyəcəkdir. Biz əminik ki, xalqları onları bağışlamayacaq, bu cinayətləri unutmayacaqlar. Millətlər zalım və satqın hökmdarların özü kimi onlara qarşı qiyam edəcək. Sərvətlərini Amerika və İsrail sərəncamına verənlərə qarşı qiyam edəcəklər. Fələstin, Ərəb və qəhrəman xalqa mənsub ollduğumuza fəxr edirik. Hər bir şəhid və yaralı və qəhrəman millət naminə başımızı dik tuturuq. Allah heçvaxt məğlub olmaz. Yekun olaraq deyirik ki, bu qəhrəman və müdafiəsiz millət ölümün tərəfdarı deyil, özünü təhlükəyə salmaq istəmir. Çünki bu böyük millət həyatı sevir, əziz və şərəfli həyatı. Xoş şəhidlərin və yaralıların halına və onları dünyaya gətirən anaların halına.

 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap