header

 Nəsrullah: ABŞ-a etibar etmək axmaqlıqdır

Livan Hizbullahının baş katibi ABŞ-ın beynəlxalq qanunlara və BMT TŞ-nin qətnamələrinə sadiq olmadığını deyərək, təcrübələrə əsasən, Amerikanın vədlərinə və üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına inanmağın axmaqlıq olduğunu deyib.

İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah bazar ertəsi günü Mustafa Əmin Bədrəddinin şəhadətinin ikinci ildönümü münasibəti ilə təşkil edilən mərasimdə etdiyi çıxında ABŞ-ın qərarlarında insani dəyərlərə yer olmadığını deyərək, əlavə edib: Amerika üçün ilk növbədə əhəmiyyət daşıyan məsələ bu ölkənin və İsrail rejiminin maraqlarıdır. 

İsrail qırıcıları iki il öncə Dəməşq hava limanı yaxınlığında müqavimət komandanlarından olan Mustafa Əmin Bədrəddinin mənzilini hədəfə alaraq, onu şəhid etmişdilər. 

Seyid Həsən Nəsrullah Suriya ordusunun Cövlan yüksəkliklərinə qarşı son raket hücumlarına da işarə edib və deyib: İşğal altında olan Cövlan yüksəkliklərində yaşananlar sionistlərin Suriyaya qarşı təcavüzlərinə bir növ cavab sayılır. Bu əməliyyatın İsrail üçün mesajı isə cinayətlərin cəzasız qalmayacağıdır. 

Livan Hizbullahının baş katibi daha sonra ABŞ tərəfindən Fələstin böhranına son qoymaq üçün irəli sürülən və "Əsrin Müqaviləsi" adlandırılan planı da böyük problem adlandırıb və deyib: Bütün dünya bu problem ilə mübarizə aparmalı və ona qarşı çıxmalıdır. 

Seyid Həsən Nəsrullah əlavə edib: Amerikaya bel bağlayan istənilən ölkə böyük səhvə  yol verir. 

Livan Hizbullahının baş katibi ABŞ-ın beynəlxalq qanunlara və BMT TŞ-nin qətnamələrinə sadiq olmadığını deyərək, təcrübələrə əsasən, Amerikanın vədlərinə və üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına inanmağın axmaqlıq olduğunu deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap