header

 İslam İnqilabının Keşikçiləri Korpusu: Qüdsü işğal edənlərin tıfaqı tezliklə dağılacaq

İslam İnqilabının Keşikçiləri Korpusu bir bəyanat yayaraq Amerikanın öz səfirliyini Beytül-Müqəddəsə köçürməsini və sionist rejimin dünən Qəzzə zolağında törətdiyi cinayəti kəskin pisləyərək bu şeytancasına planların, islam ümmətinin vəhdəti və Qüdsü işğal edənlərin tıfaqının dağılması vədinin reallaşması amili adlandırıb.

ParsTudey-in verdiyi məlumata görə, İslam İnqilabının Keşikçiləri Korpusu dünən gecə bir bəyanatda bildirib: ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi və Qüdsün sionist rejimin paytaxtı tanınmasına dair qərarı nəinki sionist rejimin sarsıntılı təməllərinin möhkəmlənməsinə və sionist işğalçıların təhlükəsizliyinə təzminata gətirib çıxarmayacaq hətta Amerikaya qarşı mübarizənin yeni dalğalarını, bu utanc gətirən hərəkətin hamilərinə qarşı qəzəb və nifrəti regiondan daha kənarlara yayacaq. 

İslam İnqilabının Keşikçiləri Korpusunun bəyanatında deyilir: Heç şübhəsiz ki, İslami Müqavimət Cəbhəsi və azadlıq sevər xalqların Fələstin xalqına və Qüds intifazəsi mübarizlərinə dəstəyi bundan sonra daha geniş vüsət alacaq, Fələstin intifazəsi sionistlər, Amerika və onların himayədarlarına müqəddəs Fələstin yurdunun gələcək reallığının, işğalçıların qəti qovulması, onların regional və regiondan kənar himayədarlarının qəti cəzalandırılmalarından ibarət olacağını göstərəcək.

Qəzzə zolağı və digər fələstin əraziləri sakinləri dünən ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyinin açılışı ilə eyni zamanda Fələstinin işğal olunması günü(15 may) ərəfəsində etiraz aksiyası keçirib.

 

Aksiyaya sionist rejim hərbçiləri hücum edərək 55 fələstinlini şəhid edib, 2 mindən çox adamı yaralayıb. 

İslam İnqilabının Keşikçiləri Korpusu bir bəyanat yayaraq Amerikanın öz səfirliyini Beytül-Müqəddəsə köçürməsini və sionist rejimin dünən Qəzzə zolağında törətdiyi cinayəti kəskin pisləyərək bu şeytancasına planların, islam ümmətinin vəhdəti və Qüdsü işğal edənlərin tıfaqının dağılması vədinin reallaşması amili adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap