header

 Ramazan ayının oruc niyyəti ilə bağlı mühüm məsələlər

İmam Rza (ə) Peyğəmbərə (s) istinadən nəql edir ki: “Bu ay Allah yanında ayların ən əfzəli, onun günləri isə günlərin ən üstünüdür.”

Ramazan ayı və bu ayın günləri ilin digər günlərinə nisbətdə çox fəzilətli hesab olunur. Qurani kərim məhz bu ayda nazil olub:

 

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran, ramazan ayında nazil edilmişdir... (Bəqərə-185)

 

İmam Rza (ə) Peyğəmbərə (s) istinadən nəql edir ki:

“Bu ay Allah yanında ayların ən əfzəli, onun günləri isə günlərin ən üstünüdür.”

 

Həmçinin Peyğəmbər (s) bu ay barədə buyurub:

“Bu ayın əvvəli rəhmət, ortası məğfirət (bağışlama), sonu isə nicatdır.”

 

Qeyd olunan bütün ayə və hədislərdə bu ay möminlər üçün böyük mənəvi bəhrə ayı hesab olunur. Bu səbəbdən gərək möminlər bu aya diqqətli olsunlar, o cümlədən bu ayın (orucun) hökümlərini diqqətlə oxuyub öyrənsinlər ki, bu ayda həm vacibata, həm də müstəhəb əməllərə əməl etməklə öz bəhrələrini artırsınlar.

 

Bu ayda diqqət olunmalı mühüm məsələlərdən biri də “niyyətdir”, beləki möminlər ramazan ayının orucunun niyyətinə diqqət etsinlər. Bu məqsədlə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına ünvanlanan sualları sizə təqdim edirik:

 

1 - Ramazan ayının orucunun niyyəti necə olmalıdır?

İnsan bütün ibadətlərini gərək niyyətlə yerinə yetirsin. Belə ki yeyib, içməkdən və orucu batil edən bu kimi işlərdən Allah Təalanın göstərişinə uyğun olaraq çəkinsin. Bunu bu cür bilməsi və qərar verməsi kifayətdir. Dilə gətirməsi lazım deyil.

 

2 - Bir nəfər sabah oruc tutacağına niyyət edə, sübh əzanından sonra oyana və bilmədən bir şey yeyə. Orucunun hökmü nədir?

Əgər oruc niyyəti edibsə əhvən, bilmədən bir şey yeyib, içmək oruca zərər vermir (yadına düşən kimi dərhal tikəni ağzından çıxartmalıdır).

 

3 - Vacib orucun adi qaydada niyyəti nəzaman olmalıdır?

Ramazan ayının orucunun və vaxtı müəyyən olan digər orucların (məs- nəzir orucu) niyyəti gecənin əvvəlindən sübh əzanına qədər olmalıdır. (Məs- sabah oruc tutacam)

 

4 - Əgər bir kəs ramazan ayı günlərində bilərəkdən, qəsdən oruc niyyəti etməyə, sübhdən sonra niyyət etsə orucu batildir. Gün ərzində orucu pozan işlər görməsə belə qəzası ona vacib olur.

 

5 – Əgər bir kəs ya unutqanlıq, ya məlumatsızlıq səbəbi ilə oruc niyyəti etməyə, əgər orucu pozan işlərdən edibsə oruc hesab olunmur. Əgər bu xatırlama (orucluğun olması) zöhürdən sonra yadına düşsə və orucu batil edən işlərdən yerinə yetirməsə belə yenə oruc batildir. Yox əgər bu hal zöhürdən qabaq olsa, yenə də ehtiyat vacibə görə həmin günün qəzasını etməlidir.

 

Yaşar Nuriyev / IslaminSesi

İmam Rza (ə) Peyğəmbərə (s) istinadən nəql edir ki: “Bu ay Allah yanında ayların ən əfzəli, onun günləri isə günlərin ən üstünüdür.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap