header

 Kılıçdaroğlu ABŞ-ın Qüds səfirliyi və Türkiyənin reaksiyası ilə bağlı alovlu açıqlama verib

Türkiyə müxalifətinin ən güclü siyasi partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında ABŞ-ın Qüdsdəki səfirlyi və Türkiyə hökümətinin buna qarşı atdığı addımlar barədə açıqlamalar verib.

"Fələstin xalqına qarşı edilənlər soyqırımdır, zülmdür. Açıq şəkildə pisləyirik. Gözləyirik ki, bütün dünya ayağa qalxsın. ABŞ-da problemlərini həll edə bilməyən bir prezident (Tramp-red.)bu qərarı aldı. Təl-Əvivdən Qüdsə ABŞ səfirliyi köçürüldü. Könül istəyərdi ki, Tramp bu səlahiyyəti istifadə etməsin. Yaxın Şərqin qan gölü olmasına təşviq edirsiniz. Sancağı çəkilən bombanı Qüdsün ortasına qoydular. Tarixə qanlı Bazar Ertəsi olaraq keçəcəkdir. Heç bir orta şərqli Qanlı Bazar Ertəsini unutmamalıdır. Siz insanları inkişaf etmiş silahlarla güllələyirsiniz, budurmu əxlaq? Tramp, öz ölkəsində elm adamlarından soruşsun ki, necə olur ki, Yaxın Şərq qan gölünə çevrilir? Yaxın şərqdəki sülh silahla olmaz. BMT qərarlarını tanımıram deyirsən, mən istədiyimi edirəm deyirsən. İstədiyini edərsənsə tarixinə Qanlı Bazar Ertəsini keçirərsən. Bəşəriyyət tarix boyu səni lənətləyər. Günah deyilmi o insanlara? 70 ildir ki, mücadilə edirlər. Bir insanın vətəni üçün mübarizə aparması qədər təbii nə ola bilər? İnsan öz torpağında qaçqın ola bilərmi? Özgələşdirilən, ikinci sinif vətəndaş ola bilərmi? Qüdsü müdafiə etmək istəyən insanlara güllə yağdıranları tarix unutmayacaqdır. O uşaqların tankları, topları, tüfəngləri yoxdur. Sadəcə şüar səsləndirir, yürüş edirlər. Buna belə dözümləri yoxdur. Bundan sonra kimsə demokratiya dərsi verməsin. Onlara bundan sonra davamlı olaraq Qanlı Bazar Ertəsini xatırladacağıq. ABŞ rəhbərliyinin Yaxın Şərqə sülh gətirmək şansı yoxdur. Artıq qanı və göz yaşını, ölümləri gətirir.

 

(Türkiyə höküməti tərəfindən ölkədə-red.) 3 günlük yas elan edildi, doğrudur. 

 

(Ərdoğan-red.) İsrail "hökumətini" sərt dillə tənqid etdi - olduqca gözəldir. İki şeyi bölürük, bizim tənqidlərimiz siyasi hakimiyyətlərədir. İslam Əməkdaşlıq Təşkilatını iclasa çağırdılar, burada qərarlar alınıb eynilə tətbiq olunmalıdır. Keçmişdə də qərar qəbul olunur, amma sonra unudulur. Qanlı Bazar Ertəsinin dünyaya unudulmaması üçün təqib edilməsi hökumətdən ilk istəyimizdir. İkinci arzumuz burud ki, İsrail səfirimizi dərhal geri çəkin. Səfiri məsləhətləşmələr üçün deyil, geri göndərməmək üçün geri çəkəcəksən, qardaşım (Hökümətə xitabla). Digər bir istəyimiz budur - İsrail ilə bağlanan rəzil qanunu (Mavi marmara gəmisində İsrail əsgərləri təərəfindən Türkiyə vətəndaşlarının öldürülmələrinin əvəzində alınan 20 milyon dollarlıq kompansasiya-red.) dərhal ləğv etməliyik, edəcəyik. İndi tənqid deyil, birlik zamanıdır. Ortadakı qətliamın hesabını hansısa yolla soruşmalıyıq. Türkiyə bütün gücünü göstərməlidir. Məclisə o qanunu geri gətirin, tətilə gətirmədən ləğv edək. Söz verirəm ki, 20 milyon dolları mən sizə tapacağam, aparın İsrailə verin o pulu."

 

 

Türkiyə müxalifətinin ən güclü siyasi partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında ABŞ-ın Qüdsdəki səfirlyi və Türkiyə hökümətinin buna qarşı atdığı addımlar barədə açıqlamalar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap