header

 Amerikanın Suriya və İraqda İŞİDlə əməkdaşılığına dair sənədlər yayımlanmışdır

Son vaxtlar Amerikada yayımlanan bir sıra sənədlər bu ölkənin Suriya və İraqda terrorçu İŞİDlə əməkdaşlığını ifşa edir

Tashaio.com-Bizines İnsayder xəbər portalı bir məqalədə ABŞ qüvvələrinin Suriya və İraqda həyata keçirdiyi hərbi əməliyyatlara dair sekret sənəd və raportlar sızmağa başladığını bildirmişdir. Son vaxtlar Amerikada informasiyanın azadlığı qanununa əsasən yayımlanan sənəd və raportlara görə ABŞ-n xüsusi təyinatlı qüvvələri Suriya və İraqda qanundan kənar əməliyyatlar həyata keçirmişlər. Sənədlər göstərir ki, Amerikanın dəniz komandolarına bağlı xüsusi təyinatlı qüvvələri İŞİD terroçularına qarşı mübarizə bəhanəsilə bu ölkənin tərəfdarı olan silahlı qüvvələri dəstəkləmək, yaxud da İŞİD komanderləri ilə danışıq aparmaq məqsədilə müəyyən əməliyyat həyata keçirmək fikrində olmuşlar. Sənədlərdə habelə 2016-cı il yanvar dan İyul ayına kimi ABŞ dəniz komandolarının yüksək rütbəli üç hərbçisinin Suriya və İraq ərazilərində oldüyünü göstərir. Bu, Barak Obamanın prezidentlik dövrünə təsadüf edir ki, Obama və Pentaqonun degər ali komanderlərinin Amerikanın İŞİDə qarşı mübarizədə birbaşa olmadığına dair dəfələrlə bildirdiklərilə ziddiyyət təşkil edir. Buna baxmayaraq yaranmış biabırçılıq bundan daha üstündür. Sənədlər o dövrdə ABŞ qüvvələrinin İŞİD komanderlərinin bir tedadı ilə birbaşa əlaqədə olub müzakirə apardıqlarını göstərir. ABŞ-n dəniz qüvvələri deyilən hərbçilərin adlarını sənəddən silmişdir ki, bu adlar aşkar olmasın. Bu ölkənin hərbi komanderləri aparılan əməliyyatların mahiyyəti haqqında bir söz deməmişlər. Lakin yayımlanan sənədlər sübut edir ki, ABŞ Suriya və İraq haqqında dəsisə planı hazırlayıbmış.

Son vaxtlar Amerikada yayımlanan bir sıra sənədlər bu ölkənin Suriya və İraqda terrorçu İŞİDlə əməkdaşlığını ifşa edir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap