header

 54 ölkə ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimini boykot etdi

Təl-Əvivdə olan 54 ölkənin səfiri ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı İsrail tərəfindən təşkil edilmiş mərasimdə iştirakdan imtina edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin Xarici İşlər Nazirliyi bazar günü axşam ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar bir mərasim keçirib. Amma, Təl-Əvivdə olan 86 ölkə səfirinin 54-ü bu mərasimdə iştirak etməkdən imtina edib.

İsraildə çıxan  Haaretz qəzeti yazır: Avropa Birliyinə üzv ölkələr bu mərasimdə iştirak etməyiblər. Onlar ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qatı şəkildə qarşı çıxıblar.

Qəzet həmçinin  yazır: Rusiya, Misir, Hindistan, Yaponiya və Meksika səfirləri də bu mərasimdə iştirak etməyiblər.

Qəzetin  yazdığına görə bu mərasimdə iştirak edən 32 səfir arasında Avropa Birliyinə üzv sadəcə 4 ölkə yəni Avstriya, Macarıstan, Rumıniya və Çexiya səfirləri olub. Həmçinin, Avropa Birliyinə üzv olmayan Abaniya, Makedoniya, Serbiya, Ukrayna və Gürcüstan səfirləri də bu mərasimdə iştirak edib.

Haarets qəzetinin yazdığına görə, 12 Afrika ölkəsi o cümlədən Anqola, Kamerun, Demokratik Konqo, Konqo respublikası, Fil Dişi Sahili, Keniya, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Nigeriya, Zambiya və Ruanda səfirləri də bu mərasimdə iştirak ediblər.

Mərkəzi Amerikadan da 5 ölkə o cümlədən Dominikan Respublikası, El-Salvador, Quatemala, Panama və Honduras səfirləri də bu mərasimdə iştirak edib. Latın Amerikası ölkələrindən isə sadəcə Paraqvay və Peru səfirləri bu mərasimə qatılıb.

Asiya qitəsindən isə Myanma, Filippin, Tayland və Vyetnam səfirləri ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimində iştirak edib.

ABŞ hökuməti 14 may 2018-ci il tarixində rəsmən öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək istəyir. Bu məsələ dünya səviyyəsində habelə, fələstinlilər arasında ciddi etirazlara və narazılıqlara səbəb olub

Təl-Əvivdə olan 54 ölkənin səfiri ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı İsrail tərəfindən təşkil edilmiş mərasimdə iştirakdan imtina edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap