İslam dünyası Fələstın haqqında mövqeyindən geri çəkilir
Posted on : qafqaz 05/13/2018
Tashaio.com-Türkiyənin xarici işlər naziri Amerikanın öz səfirliyini Qüdsə köçürməsi qərarına dair xatırlatmışdır: ABŞ-n bu qərarı təhlükəlidir. Biz isə bu haqda vahid mövqeyə malik olmalıyıq. M. Çavuşoğlu artırmışdır: son vaxtlar islam dünyasında, xüsusilə Ərəb liqasında Fələstin məsələsinə dair geriləməyin şahidiyik. Xarici işlər naziri habelə açıqlamışdır: bəzi ölkələrin Amerikadan qorxduğuna görə Fələstin dosiyasının müdafiəsində mövqelərindən geri çəkildiyini görürük. Bu isə dəhşətli səhvdir. Nə tarix, nə də (islam) ümməti onu bağışlamayacaq. Çavuşoğlu vurğulamışdır: Türkiyə sakit qalmayacaq, Qüds məsələsi qarşısında hamı sükuta varsa da Fələstin məsələsini və onu himayə etməyi davam etdirəcəkdir.