header

 İran Cənubi Afrikada şiə məscidinə qarşı hücum amillərinin hərəkətini pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Cənubi Afrikada şiələrin məscidinə qarşı hücum amillərinin hərəkətini pisləyib.

Bəhram Qasemi dünən gecə Cənubi Afrikanın Durban şəhərindəki İmam Hüseyn(ə) məscidinə qarşı hücumu pisləyərək, həmin ölkənin dövləti, xalqı və həyatlarını itirənlərin ailələrinin kədəri ilə bölüşüb. Bu hadisədə namazqılanlardan biri həyatını itirib. Həmçinin məscidin imamcamaatı daxil olmaqla bir neçə nəfər yaralanıb, eləcə də məscid yandırılıbdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu cinayətin amilləri barədə təcili təhqiqatın aparılması və onların cəzalandırılmaları zərurətini vurğulayıb. 

Qasemi deyib ki, bu hərəkət əmin-amansızlıq yaratmaq, həmçinin qarşıdurmaları qızışdırmaq və məzhəbi fitnəkarlıq məqsədilə edilibdir.

Cənubi Afrikanın başçıları deyiblər ki, üç namazqılan cümə axşamı günü silahlı şəxslərin Durban şəhəri yaxınlığında yerləşən məscidə qarşı hücumunun hədəfinə məruz qalıb. Nəticədə onlardan biri həyatını itirib, iki nəfər də yaralanıbdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Cənubi Afrikada şiələrin məscidinə qarşı hücum amillərinin hərəkətini pisləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap