header

 Binəli Yıldırım Paşinyanın müraciətinə cavab verdi

Türkiyə Ermənistanla münasibətlərə “yeni səhifədən başlanılması” müraciətlərini nəzərdən keçirməyə hazırdır

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Türkiyə baş naziri ölkəsinin Ermənistanla münasibətlərinə “yeni səhifədən başlanılması” müraciətlərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Binali Yıldırımın cümə günü şərhləri Ermənistanın yeni baş naziri Nikol Paşinyanın iki ölkə arasında diplomatik əlaqələrin qurulması çağırışları ilə bağlı xəbərlərə cavab olaraq verilib.

Türkiyə və Ermənistan 2009-cu ildə diplomatik əlaqələrin qurulması və ortaq sərhədlərin açılması ilə bağlı saziş imzalayıblar. Lakin Türkiyə və Azərbaycanın Ermənistanın Dağlıq Qarabağ ərazisindən çıxması israrları nəticəsində saziş pozuldu. Ermənistanın Osmanlı İmpreriyası dövründə 1.5 milyon insanın ölümünü Türkiyə tərəfindən soyqırım kimi qəbul edilməsi tələbi iki ölkə arasında münasibətlərin düzəlməsinə əsas maneə olaraq qalır.

Yıldırım əlavə edib ki, “Ermənistan düşmən mövqeyə son qoysa və yeni səhifədən başlamaq istəsə, biz müvafiq cavab verməyi nəzərdən keçirəcəyik.”

Türkiyə Ermənistanla münasibətlərə “yeni səhifədən başlanılması” müraciətlərini nəzərdən keçirməyə hazırdır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap