header

 İslam İnqilabının rəhbəri Ayətullah Xameneidən Donald Trampa kitablı mesaj

İslam İnqilabının rəhbəri Ayətullah Xameneidən Donald Trampa kitablı mesaj

İslaminSesi bildirir ki, ABŞ-ın İranla nüvə müqaviləsini pozduqdan sonra sanksiyaların yenidən tətbiq olunacağı xəbəri əvvəldən də yaxşı olmayan İran Amerika münasibətlərini daha da gərginləşdirib. Siyasi aurada bu gərginliklər yaşanarkən İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei Tehran kitab sərgisinə baş çəkib.

Az sonra Ali Dini Rəhbərin İnstaqram hesabından foto yayımlanıb. Fotoda  rəhbərin əlində Mikael Vulfun yazdığı "Atəş və Qəzəb" kitabı var. Qeyd edək ki, ABŞ-ı prezidenti Donald Trampı rüsvay edən bu kitab böyük səs-küyə səbəb olmuşdur. Tramp kitabın nəşr olunmasına mane olmaq istəmişdi və onu uydurma adlandırmışdı. 

Siyasi meydanın belə gərildiyi anda belə bir fotonun yayımlanması mediada İranın ABŞ-ı lağa qoyması kimi dəyərləndirilib. 

Hamaney

 

 

Ən son olaraq bu hadisələr barədə İranın prezidenti Həsən Ruhani də belə demişdi:"İran dünyanın iki böyük qüvvəsi ilə -Rusiya və Çinlə görüşəcək"- deyərək ABŞ -ı heç hesab etdiklərini bəyan edib. 

İslam İnqilabının rəhbəri Ayətullah Xameneidən Donald Trampa kitablı mesaj
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap